İşə qəbul - elanlar

  • Yaradılıb 01.05.2013 11:36
  • Yenilənib 01.05.2013 11:49
  • Nəşr edilib 01.05.2013 11:36

İqtisadi İnkişaf Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir


Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 01 may 2013-cü il tarixdən 20 may 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün) şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Müsabiqə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsindən (www.dqmk.az) əldə edə bilərsiniz.

← Geriyə