2013

  • Yaradılıb 03.05.2013 10:52
  • Yenilənib 05.02.2014 13:11
  • Nəşr edilib 03.05.2013 10:52

Qeyri-neft sənayesi


2013-cü ilin yanvar-dekabr ayları ərzində ölkənin qeyri-neft sektorunda 32637.9 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 59%-dən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.


Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü

qn-2013-1

 

2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.0% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.1 faiz bəndi artaraq 56.6% təşkil etmişdir. 2013-cü ilin yanvar-dekabr ayları ərzində ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin 5.8% artımına qeyri-neft sektoru 5.3 faiz bəndi müsbət töhfə vermişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-in artımına ən çox müsbət töhfə verən sahə tikinti sahəsi (2.3 faiz bəndi) olmuşdur. Qeyri-neft sektoru üzrə məhsula və idxala xalis vergilər ümumilikdə məhsula və idxala xalis vergilərin 72.0%-ni təşkil etmişdir.
Qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət töhfəni tikinti sahəsi (4.3 faiz bəndi) vermişdir.

 

Cədvəl 1. Qeyri-neft sektorunda əlavə dəyərin artım tempi

 

   

Yanvar-dekabr

2013

Qeyri-neft ÜDM-nin artımına alt sahələrin töhfəsi

Qeyri-neft sektoru

%

110.0

Kənd, meşə və balıqçılıq təsərrüfatları

%

104.9

0.5 f.b.

Qeyri-neft sənayesi

%

104.2

0.4 f.b.

Tikinti

%

123.0

4.3 f.b.

Ticarət; nəqliyyat vasitələrinin təmiri

%

109.9

1.2 f.b.

Nəqliyyat və anbar təsərrüfatı

%

106.3

0.6 f.b.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

%

116.0

0.5 f.b.

İnformasiya və rabitə

%

110.7

0.3 f.b.

Sosial və digər xidmətlər

%

104.9

1.3 f.b.

Məhsula və idxala xalis vergilər

%

-

0.9 f.b.

 

2013-cü ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.2% artaraq 2666.4 milyon manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4.6% təşkil etmişdir. Sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 0.4 faiz bəndi artaraq 10.0%-ə yüksəlmişdir. Yanvar-dekabr ayları ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 8.2% təşkil etmişdir. Qeyri-neft sənayesi ÜDM-in artımına 0.2 faiz bəndi, qeyri-neft ÜDM-in artımına 0.4 faiz bəndi, sənayenin 1.2% artımına isə 0.4 faiz bəndi müsbət töhfə vermişdir.
Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 2.4% və ya 63.9 milyon manat, emal sənayesinin xüsusi çəkisi 53.2% və ya 1419.3 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 41.7% və ya 1111.3 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 2.7% və ya 71.9 milyon manat təşkil etmişdir (Qrafik 2). Müqayisə olunan dövrdə qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda emal sənayesinin xüsusi çəkisi 0.7 faiz bəndi artmışdır.

 

Qrafik 2. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin strukturu

qn-2013-2

 

2013-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesində 6776.6 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.8% artmışdır. Qeyd olunan dövrdə qeyri-neft sənayesində istehsal edilən məhsul ölkə üzrə bütün sənaye məhsullarının 20.1%-ni təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun payı 0.7 faiz bəndi artmış, sənayenin 1.8% artımına qeyri-neft sənayesi 0.9 faiz bəndi müsbət töhfə vermişdir. Qeyri-neft sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox müsbət töhfə verən sahə qeyri-neft emal sənayesi (0.7 faiz bəndi) olmuşdur. Qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox artırıcı təsiri qida məhsulları istehsalı (0.3 faiz bəndi) və tikinti materialları istehsalı (0.2 faiz bəndi) sahələri göstərmişdir. Yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin artımına qeyri-neft emal sənayesi 3.8 faiz bəndi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi 0.8 faiz bəndi, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi 0.4 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft sənayesinin artımına ən çox müsbət töhfə verən qeyri-neft emal sahələri qida məhsulları istehsalı (1.6 faiz bəndi), tikinti materialları istehsalı (1.0 faiz bəndi) və maşın və avadanlıqların istehsalı (0.6 faiz bəndi) sahələri olmuşdur.
Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.6% və ya 108.1 milyon manat, emal sənayesinin xüsusi çəkisi 69.1% və ya 4679.2 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 26.1% və ya 1770.6 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.2% və ya 218.7 milyon manat təşkil etmişdir (Qrafik 3).

 

Qrafik 3. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

qn-2013-3

 

2013-cü ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin ümumi buraxılışında qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz bəndi artaraq 39.3%-ə yüksəlmişdir.
2013-cü ilin yanvar-dekabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (4.2%), tikinti materiallarının istehsalında (21.0%), maşın və avadanlıqlar istehsalında (25.1%), kimya sənayesində (19.5%), içki istehsalında (13.6%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (31.3%), elektrik avadanlıqları istehsalında (14.6%), poliqrafiya məhsulları istehsalında (43.4%), dəri və dəri məmulatların, ayaqqabıların istehsalında (30.9%), sair nəqliyyat vasitələrinin istehsalında (2.3 dəfə) və s. artmışdır.
2013-cü ilin yanvar-dekabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 73.0%-i və ya 13.1 milyard manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Qeyri-neft sektoruna yönləndirilən investisiyaların həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.1% artım qeydə alınmışdır. Əsas kapitala qoyulmuş investisiyaların 12.6%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 17.3%-i və ya 2257.5 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir.

 

← Geriyə