2016

  • Yaradılıb 14.04.2016 13:43
  • Yenilənib 10.01.2017 07:08
  • Nəşr edilib 14.04.2016 13:43

2016-cı ilin yanvar-noyabr ayları ərzində sənayenin inkişafı

 

Ümumi daxili məhsul: 54 433,1 milyon manat təşkil etmişdir.

Neft sektoru: 18 515,9 milyon manat təşkil etmişdir.

Qeyri-neft sektoru: 35 917,2 milyon manat təşkil etmişdir.

Sənayedə əlavə dəyər: 2015-ci ilin müvafiq dövrünə nisbətən 0,3% artaraq 20 426,0 milyon manat və ya ümumi daxili məhsulun 37,5%-ni təşkil etmişdir.

Sənayenin neft sektoru (əlavə dəyər): 2015-ci ilin müvafiq dövrünə nisbətən 0,1% artaraq 17 653,8 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2015-ci ilin müvafiq dövrünə nisbətən 1,4% artaraq 2 772,2 milyon manat olmuşdur.

Sənaye (ümumi buraxılış): Ötən ilin müvafiq dövrünə nisbətən ümumi buraxılış 0,6% azalaraq 28 832,9 milyon manat təşkil etmişdir.

Sənayenin neft sektoru (ümumi buraxılış): 2015-ci ilin müvafiq dövrünə nisbətən 1,3% azalaraq 21 164,6 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 % artaraq 7 668,3 milyon manat təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər: Maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait 13 009,1 milyon manat təşkil etmişdir.

Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı: 2016-cı ilin yanvar-oktyabr aylarında sənaye müəssisələrində çalışan muzdlu işçilərin sayı 192,3 min nəfər təşkil etmişdir; işçilərin orta aylıq əmək haqqı isə 15,5% artaraq 894,1 manat olmuşdur.

 

Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (yanvar-noyabr 2016-cı il)

qrafik1-senaye-2016

Cari ilin yanvar-noyabr aylarında sənayedə 20 426,0 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, o da ümumi daxili məhsulun 37,5% təşkil etmişdir.

 

Qrafik 2. Ümumi daxili məhsulun strukturu (yanvar-noyabr 2016-cı il)

qrafik2-senaye-2016

 

Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (yanvar-noyabr 2016-cı il)

qrafik3-senaye-2016

Sənaye məhsulunun 65,4% mədənçıxarma, 28,5% emal, 5,3% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

 

Qrafik 4. Sənayedə ümumi buraxılışın istehsalı (yanvar-noyabr 2016-cı il)

qrafik4-senaye-2016

 

Cədvəl 1. 2016-cı ilin yanvar-noyabr aylarında sənaye sahələrində istehsalın həcmi

 

Fəaliyyət növlərinin adı

2016-cı ilin yanvar-noyabr aylarında istehsal edilmişdir, milyon manat

2015-ci ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

18 840,7

99,2

Xam neft və təbii qaz hasilatı

16 709,3

98,8

Metal filizlərinin hasilatı

119,6

89,8

Mədənçıxarma sənayesinin digər sahələri

43,8

90,1

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

1 968,0

123,7

Emal sənayesi

8 229,8

101,3

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

1 522,4

98,6

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

240,0

99,2

Qeyri-neft emal sənayesi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artmışdır.

 

Cədvəl 2. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (yanvar-noyabr 2016)

 

Emal sənayesnin sahələri

2016-cı ilin yanvar-noyabr aylarında istehsal edilmişdir, min manat

2015-ci ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Emal sənayesində xüsüsi cəkisi

Cəmi emal sənayesi (mln manat)

8229.8

101.3

100%

Qida məhsullarının istehsalı

2970.3

104.1

36.1%

Neft məhsullarını istehsalı

2487.3

90.4

30.2%

Maşın və avadanlıqların quraşdırılması və təmiri

590

142.6

7.2%

Kimya sənayesi

338.3

85.9

4.1%

Tikinti materiallarının istehsalı

319.1

88.6

3.9%

Metallurgiya sənayesi

266.1

102.0

3.2%

İçki istehsalı

180.6

87.1

2.2%

Rezin və plastik kütlə məmulatlarının istehsalı

151.6

86.1

1.8%

Avtomobil, qoşqu və
yarımqoşquların istehsalı

145.5

141.9

1.8%

Maşın və avadanlıqların istehsalı

132.7

85.5

1.6%

Hazır metal məmulatların istehsalı

121.2

118.9

1.5%

Kompyuter, elektron və optik məhsulların
istehsalı

76.1

110.6

0.9%

Toxuculuq sənayesi

74

2,6 dəfə

0.9%

Elektrik avadanlıqlarının istehsalı

71.7

3,2 dəfə

0.9%

Poliqrafiya məhsullarının istehsalı

68.3

101.7

0.8%

Geyim istehsalı

54.5

139.1

0.7%

Kağız və karton istehsalı

51.8

107.3

0.6%

Mebellərin istehsalı

51

110.7

0.6%

Tütün məmulatlarının istehsalı

37.8

87.4

0.5%

Dəri və dəridən məmulatların, ayaqqabıların
istehsalı

11.7

34.1

0.1%

Mebeldən başqa ağacın emalı və ağacdan
məmulatların istehsalı

11.6

123.1

0.1%

Sair nəqliyyat vasitələrinin istehsalı

10.0

101.2

0.1%

Zərgərlik məmulatları, musiqi alətləri, idman
mallarının və tibb avadanlıqlarının istehsalı

7.6

62.9

0.1%

Əczaçılıq məhsullarının istehsalı

1.0

118.8

0.0%

Yanvar-noyabr aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (36,1%), neft məhsullarının istehsalı (30,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri (7,2%), kimya sənayesi (4,1%), tikinti materiallarının istehsalı (3,9%), metallurgiya sənayesi (3,2%), içki istehsalı (2,2%), rezin və plastik kütlə məmulatlarının istehsalı (1,8%), avtomobil, qoşqu və yarımqoşquların istehsalı (1,8%), maşın və avadanlıqların istehsalı (1,6%), hazır metal məmulatların istehsalı (1,5%), olmuşdur, digər 13 alt sahənin birgə xüsusi çəkisi isə 6,4% təşkil etmişdir.

 

Qrafik 5. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin bölgüsü (yanvar-noyabr 2016-cı il)

qrafik5-senaye-2016

Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 89,6% mədənçıxarma sənayesi, 2,5% emal sənayesi, 3,3 % elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sənayesinə, 4,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

 

Qrafik 6. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi
(yanvar-noyabr 2016-cı il)

qrafik6-senaye-2016

 

Qrafik 7. İşçilərin sayının sahə bölgüsü (yanvar-oktyabr 2016-cı il)

qrafik7-senaye-2016

 

Qrafik 8. Sənayedə fəaliyyət növləri üzrə bir işçinin orta əmək haqqı
(yanvar-oktyabr 2016-cı il)

qrafik8-senaye-2016

 

← Geriyə