Xarici ticarət 2017

  • Yaradılıb 20.05.2017 14:33
  • Yenilənib 07.03.2018 14:58
  • Nəşr edilib 20.05.2017 14:33

Azərbaycan Respublikasının 2017-ci ildə xarici ticarət əlaqələri

 

2017-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 187 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə ixrac, 179 ölkədən isə idxal əməliyyatları həyata keçirmişlər.

2017-ci ildə xarici ticarət dövriyyəsi 24,3 milyard ABŞ dolları, o cümlədən ixracın dəyəri 15,5 milyard ABŞ dollar, idxalın dəyəri 8,8 milyard ABŞ dollar təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 6,7 milyard ABŞ dollarlı olmuşdur. 2016-cı il ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31,9 faizi İtaliyanın, 9,9 faizi Türkiyənin, 4,6 faizi İsrailin, 4,3 faizi Rusiyanın, 4,0 faizi Çexiyanın, 3,9 faizi Kanadanın, 3,4 faizi Gürcüstanın, 3,4 faizi İndoneziyanın, 3,3 faizi Almaniyanın, 3,2 faizi Portuqaliyanın, 3,2 faizi Çinin, 2,6 faizi Hindistanın, 2,5 faizi Ukraynanın, 2,4 faizi Fransanın, 17,4 faizi isə digər ölkələrin payına düşmüşdür.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 14,5 faizi Türkiyə, 9,7 faizi Çin, 8,2 faizi ABŞ, 5,2 faizi Ukrayna, 5,1 faizi Almaniya, 3,6 faizi İtaliya, 2,7 faizi İran, 2,7 faizi Birləşmiş Krallıq, 2,0 faizi Braziliya, 1,9 faizi Yaponiya, 1,8 faizi Norveç, 1,8 faizi Fransa, 23,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2017-ci ildə qeyri-neft məhsullarının ixracı 24,4 faiz artaraq 1,54 milyard ABŞ dolları təşkil etmişdir.

← Geriyə