Xarici ticarət 2017

  • Yaradılıb 20.05.2017 14:39
  • Yenilənib 03.11.2017 10:25
  • Nəşr edilib 20.05.2017 14:39

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 5.030,82 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.303,46 mln. ABŞ dolları, ixracın həcmi 3.727,36 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 2.423,9 mln. ABŞ dolları olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 35,13 faiz, o cümlədən idxalda 21,0 faiz, ixracda isə 45,77 faiz təşkil etmişdir.

← Geriyə