Xarici ticarət 2017

  • Yaradılıb 20.05.2017 14:38
  • Yenilənib 03.11.2017 10:24
  • Nəşr edilib 20.05.2017 14:38

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının GUAM dövlətləri ilə ticarət əlaqələri haqqında

 

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının GUAM dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 896,43 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 375,94 mln. ABŞ dolları, ixracın həcmi 520,49 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 144,55 mln. ABŞ dolları olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında GUAM dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 6,26 faiz, o cümlədən idxalda 6,09 faiz, ixracda isə 6,39 faiz təşkil etmişdir.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, 2017-ci ilin yanvar-sentyabr aylarında GUAM dövlətləri ilə xarici ticarət dövriyyəsi 70,16 faiz, o cümlədən ixrac 71,9 faiz artmışdır.

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

← Geriyə