Xarici ticarət 2017

  • Yaradılıb 20.05.2017 14:42
  • Yenilənib 03.11.2017 10:26
  • Nəşr edilib 20.05.2017 14:42

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ilə ticarət əlaqələri haqqında

 

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2,92 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 1,35 milyard ABŞ dolları, ixracın həcmi 1,57 milyard ABŞ dolları təşkil etmiş, ticarət saldosu isə müsbət 0,22 milyard ABŞ dolları olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında İƏT ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 20,38 faiz, o cümlədən idxalda 21,78 faiz, ixracda isə 19,31 faiz təşkil etmişdir.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, 2017-ci ilin yanvar-sentyabr aylarında İƏT ölkələri ilə ticarət dövriyyəsi 6,47 faiz, o cümlədən ixrac 1,25 faiz artmışdır.

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

← Geriyə