2018

  • Yaradılıb 14.05.2018 15:36
  • Yenilənib 14.05.2018 15:42
  • Nəşr edilib 14.05.2018 15:30

2018-ci ilin birinci rübü üzrə Azərbaycan Respublikasında sənayenin inkişafı

 

Ümumi daxili məhsul: 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3% artaraq 17 185,1 milyon manat təşkil etmişdir.

Neft sektoru: Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 7 722,3 milyon manat təşkil etmişdir (əlavə dəyərin 44,9%-i).

Qeyri-neft sektoru: Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 9 462,8 milyon manat  təşkil etmişdir  (əlavə dəyərin 55,1%-i).

Sənayedə əlavə dəyər: 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6% artaraq 8 280,7 milyon manat və ya ümumi daxili məhsulun 48,2%-ni təşkil etmişdir.

Sənayenin neft sektoru (əlavə dəyər): 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6% artaraq 7 515,3 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2016-cı ilin müvafiq dövrünə nisbətən 12,3% artaraq 765,4 milyon manat olmuşdur.

Sənaye (ümumi buraxılış): Ötən ilin müvafiq dövrünə nisbətən ümumi buraxılış 2,0% artaraq 11 143,7 milyon manat təşkil etmişdir.

Sənayenin neft sektoru (ümumi buraxılış): 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,9% artaraq 8 842,3 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9% artaraq 2 301,4 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapital: Ötən ilin eyni dövrünə nisbətən sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 71,9%  artaraq 264,0 milyon manat olmuşdur.

Sənaye sahələrində çalışan işçilərin sayı: 2018-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 199,7 min nəfər təşkil etmişdir.

 

Ümumi daxili məhsul

2018-ci ilin yanvar-mart aylarında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,3% artaraq 17 185,1 milyon manat olmuşdur.

Neft sektorunda əlavə dəyərin 44,9%-i (7 722,3 milyon manat) istehsal olunmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1,5% artmışdır.

Qeyri-neft sektorunda əlavə dəyərin 55,1%-i (9 462,8 milyon manat) istehsal olunmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsal 2,9% artmışdır.

 

Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (yanvar-mart 2018-ci il)

 

Cari ilin yanvar-mart aylarında sənayedə 8 280,7 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, o da ümumi daxili məhsulun 48,2% təşkil etmişdir.

 

Qrafik 2. Ümumi daxili məhsulun strukturu (yanvar-mart 2018-ci il)

Sənaye

2018-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 11 143,7 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 2,0% artmışdır.

Neft sənayesi 8 842,3  milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 0,9% artmışdır.

Qeyri-neft sənayesi isə 2 301,4 milyon manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 9,9% artmışdır. Bu artım əsasən tütün məmulatlarının istehsalı (2,8 dəfə), hazır metal məmulatların istehsalı (2,5 dəfə), mebellərin istehsalı (96,7%), toxuculuq sənayesi (53,2%), tikinti materiallarının istehsalı (38,7%), elektrik avadanlıqların istehsalı (37,4%), maşın və avadanlıqların istehsalı (27,2%), metallurgiya sənayesi (11,5%), kimya sənayesi (6,2%) sahələrində müşahidə olunmuşdur.

 

Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (yanvar-mart 2018-ci il)

Sənaye məhsulunun 73,5% mədənçıxarma, 21,3% emal, 4,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

 

Qrafik 4. Sənayedə ümumi buraxılışın istehsalı (yanvar-mart 2018-ci il)

Mədənçıxarma sənayesi. Mədənçıxarma bölməsində istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 1,8% çox olmuşdur.

Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7% artmışdır.

Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% çox məhsul istehsal olunmuşdur.

Qeyri-neft emal sənayesi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artmışdır.

 

Cədvəl 1. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (yanvar-mart 2018-ci il)

Emal sənayesinin sahələri

2018-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir, min manat

Emal sənayesində xüsusi çəkisi

Cəmi emal sənayesi  (min manat)

2 363 191.3

100%

Qida məhsullarının istehsalı

744 597.2

31.5%

Neft məhsullarını istehsalı

712 816.3

30.2%

Metallurgiya sənayesi

151 855.7

6.4%

Kimya sənayesi

126 534.7

5.4%

Tikinti materiallarının istehsalı

111 850.2

4.7%

Maşın və avadanlıqların quraşdırılması və təmiri

89 248.4

3.8%

Toxuculuq sənayesi

61 480.4

2.6%

Hazır metal məmulatların istehsalı

56 824.0

2.4%

Rezin və plastik kütlə məmulatlarının istehsalı

48 893.9

2.1%

Elektrik avadanlıqlarının istehsalı

48 627.6

2.1%

İçki istehsalı

42 578.1

1.8%

Maşın və avadanlıqların istehsalı

32 734.1

1.4%

Poliqrafiya məhsullarının istehsalı

27 404.4

1.2%

Avtomobil, qoşqu və yarımqoşquların istehsalı

26 052.9

1.1%

Mebellərin istehsalı

22 066.8

0.9%

Kağız və karton  istehsalı

15 136.3

0.6%

Geyim istehsalı

11 912.6

0.5%

Tütün məmulatlarının istehsalı

9 857.7

0.4%

Kompyuter, elektron və optik məhsulların istehsalı

7 867.4

0.3%

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı

6 863.0

0.3%

Zərgərlik məmulatları, musiqi alətləri, idman
mallarının və tibb avadanlıqlarının istehsalı

3 566.4

0.2%

Mebeldən başqa ağacın emalı və ağacdan
məmulatların istehsalı

2 952.4

0.1%

Sair nəqliyyat vasitələrinin istehsalı

1 315.1

0.1%

Əczaçılıq məhsullarının istehsalı

155.7

0.0%

 

Yanvar-mart aylarında emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (31,5%),  neft məhsullarının istehsalı (30,2%), metallurgiya sənayesi (6,4%), kimya sənayesi (5,4%), tikinti materiallarının istehsalı (4,7%), maşın və avadanlıqların quraşdırılması və təmiri (3,8%), toxuculuq sənayesi (2,6%), hazır metal məmulatların istehsalı (2,4%), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,1%), elektrik avadanlıqların istehsalı (2,1%), içki istehsalı (1,8%), maşın və avadanlıqların istehsalı (1,4%), poliqrafiya məhsulların istehsalı (1,2),  avtomobil, qoşqu və yarımqoşquların istehsalı (1,1%) olmuşdur, digər 10 alt sahənin birgə xüsusi çəkisi isə 3,5% təşkil etmişdir.

Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 82,1% mədənçıxarma sənayesi, 5,3% emal sənayesi, 3,1% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 9,5% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

 

Qrafik 5. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi (yanvar-mart 2018-ci  il)

Sənaye sahələrində çalışan işçilərin sayı

2018-ci ilin yanvar-fevral aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 199,7 min nəfər təşkil etmişdir. İşçilərin 33,5 min nəfəri mədənçıxarma, 101,4 min nəfəri emal, 27,4 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 37,4 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.

 

Qrafik 6. İşçilərin sayının sahə bölgüsü (yanvar-fevral 2018-ci il)

← Geriyə