2014-2016 Baki qəsəbələri sərəncamlar

  • Yaradılıb 25.08.2016 10:36
  • Yenilənib 25.08.2016 10:36
  • Nəşr edilib 25.08.2016 10:36

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI

Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qırx yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2016-cı il.

← Geriyə