2016

  • Yaradılıb 13.05.2017 13:32
  • Yenilənib 13.05.2017 13:32
  • Nəşr edilib 13.05.2017 13:32

2016-cı ildə Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə

ticarət əlaqələri

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6.173,88 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.222,25 mln. ABŞ dolları, ixracın həcmi 3.951,63 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 1.729,38 mln. ABŞ dolları olmuşdur.
2016-cı ildə Avropa İttifaqı ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 34,93 faiz, o cümlədən idxalda 26,04 faiz, ixracda isə 43,22 faiz təşkil etmişdir.

← Geriyə