Beynəlxalq donorlar

  • Yaradılıb 14.04.2015 12:13
  • Yenilənib 06.02.2018 14:20
  • Nəşr edilib 14.04.2015 12:13

AİB

 

Asiya İnkişaf Bankı (AİB) 1966-cı ildə yaradılmışdır. Baş ofisi Filippinin Manila şəhərində yerləşir. Yaponiya Bankın ən iri səhmdarı olduğu üçün Bankın prezidenti daima Yaponiya təmsilçisi olur. 2013-cü ilin aprel ayından etibarən təşkilata Takehiko Nakao rəhbərlik edir.

Asiya İnkişaf Bankını maliyyələşdirən 67 üzv-ölkə vardır ki, bunlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu il tarixində üzv olmuş və təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyət göstərir.

Hazırda, AİB tərəfindən 5 texniki yardım layihəsi həyata keçirilir.

AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində ticarətin asanlaşdırılması sahəsində təşəbbüslərin tətbiq edilməsi, CAREC ölkələrində yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, CAREC ölkələrində nəqliyyat və daşımaların asanlaşdırılması üzrə bilik mübadiləsi və ticarətin asanlaşdırılması üzrə özəl sektorla əməkdaşlıq sahələrini əhatə edən 4 regional qrant layihəsi həyata keçirilir.

www.adb.org

← Geriyə