Xəbərlər

  • Yaradılıb 04.05.2018 16:06
  • Yenilənib 04.05.2018 19:13
  • Nəşr edilib 04.05.2018 16:05

AYİB nümayəndələri ilə görüş

 

İqtisadiyyat Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri ilə görüş keçirilib.
Görüşdə İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində icraçı olduğu tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi məqsədilə beynəlxalq təcrübənin və texniki yardımın tətbiqi məsələləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin nümayəndələri Strateji Yol Xəritələrinin Tədbirlər Planlarında nəzərdə tutulmuş 668 tədbirdən 365-i üzrə İqtisadiyyat Nazirliyinin icraçı olduğunu, o cümlədən, 160-ı üzrə Nazirliyin əsas icraçı olduğunu diqqətə çatdırıb, İqtisadiyyat Nazirliyinin icraçı olduğu tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri İqtisadiyyat Nazirliyinin Strateji Yol Xəritələrində icraçı olduğu tədbirlər və əlaqələndirici olduğu istiqamətlər üzrə texniki dəstəyin göstərilməsi mümkün olan sahələr, kiçik və orta sahibkarlığa dəstək, kommunal xidmətdən istifadə edən xüsusi istehlakçı qrupları üzrə sosial proqramların hazırlanması və s. istiqamətlər barədə məlumat verib, bu istiqamətlər üzrə AYİB tərəfindən texniki dəstəyin göstərilməsi üçün İqtisadiyyat Nazirliyi ilə müzakirələrin aparılacağını qeyd ediblər.
Görüşdə AYİB tərəfindən texniki dəstək göstərilməsi məqsədilə seçilmiş istiqamətlər üzrə araşdırmaların aparılması və Bankın dəstək göstərəcəyi tədbirlər barədə məlumatların İqtisadiyyat Nazirliyinə təqdim edilməsi məqsədəuyğun hesab edilib.

← Geriyə