Ümumi məlumat

  • Yaradılıb 03.08.2016 06:27
  • Yenilənib 03.08.2016 07:03
  • Nəşr edilib 03.08.2016 06:27

2016-cı ilin 6 ayı üzrə Azərbaycanda sahibkarlığın inkişaf dinamikası

 

Ölkənin davamlı sosial-iqtisadi inkişafında sahibkarlığın inkişafı siyasəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün münbit şəraitin yaradılması, sahibkarlıq sahəsinin daima inkişaf etdirilməsi tədbirləri ölkənin iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Ölkədə kiçik və orta sahibkarlığın inkişafı sahəsində hər il olduğu kimi bu ilin ötən dövrü ərzində bir sıra tədbirlər həyata keçirilmişdir. Sahibkarlıq fəaliyyətinin inkişaf göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində Ümumi Daxili Məhsulun həcmində özəl sektorun payı 81,2 faiz təşkil etmişdir (qrafik 1).
Sənayedə qeyri-dövlət sektorunun payı 80,0 faiz olmuşdur. Ümumi istehsalın 86,2 faizi sənaye məhsulunun istehsalı, 13,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

 

Qrafik 1. ÜDM-də özəl sektorun payı, %-lə.

sid-2016-1

Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 715585 vahid olmuşdur. 2016-cı ilin 1 iyul tarixinə qeydiyyatdan keçmiş ümumi sahibkarların 36.1 faizi Bakı şəhərində, 63,9 faizi regionlarda qeydiyyatdan keçmişdir. Sahibkarların ümumi bölgüsünə görə onların təqribən 14,6 faizini hüquqi şəxslər, 85,4 faizini isə fiziki şəxslər təşkil edir (qrafik 2).

 

Qrafik 2. Sahibkarlıq subyektlərinin bölgüsü

sid-2016-2

Müəssisələrin formalaşması dinamikası.

2016-cı ilin 1 iyul tarixinə müəssisə və təşkilatların sayı 1 yanvar tarixinə nisbətən 3,7 faiz artaraq 104191 vahid olmuşdur (cədvəl 1). 2016-cı ilin 6 ayı ərzində 4362 yeni hüquqi şəxs qeydiyyata alınmışdır (qrafik 3).
Bu dövrdə yeni yaradılmış müəssisə və təşkilatların 29,8 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri", 22,5 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi", 8,6 faizi "Tikinti", 8,2 faizi "Peşə, elmi və texniki fəaliyyət", 5,4 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", qalanları isə digər bölmələrin payına düşür.


Cədvəl 1. Hüquqi şəxslərin sayı 

İllər

2007

2008

2009

2010

2011

2012

2013

2014

2015

2016-cı

ilin I yarısı

Hüquqi şəxslərin sayı

79147

85618

89939

93416

75632

78966

86010

94563

100325

104191

 

Qrafik 3. Yeni yaradılmış hüquqi şəxslərin illər üzrə sayı

sid-2016-2 3

2016-cı ilin 6 ayı yeni yaradılmış müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax və 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışlar (cədvəl 2).

Cədvəl 2. Hüquqi şəxslərin regionlar üzrə sayı

 

01.07.2016-cı il vəziyyətinə müəssisə və təşkilatların sayı

2016-cı ilin yanvar-iyul aylarında yaranmış yeni müəssisələr

Rəqəmlə

Artım, %-lə

Cəmi

104191

4362

4,2

Bakı

55943

2752

4,9

İqtisadi rayonlar:

Abşeron

6637

338

5,1

Gəncə-Qazax

7087

196

2,8

Şəki-Zaqatala

4410

96

2,2

Lənkəran

6274

205

3,3

Quba-Xaçmaz

3146

170

5,4

Aran

14086

481

3,4

Yuxarı Qarabağ

2078

39

1,9

Kəlbəcər-Laçın

698

1

0,1

Dağlıq Şirvan

1965

59

3,0

Naxçıvan Muxtar Respublikası

1867

25

1,3

2016-cı ilin 6 ayı ərzində qeydiyyata alınan hüquqi şəxslərin 144-ü dövlət mülkiyyətinə, 6-ı bələdiyyə və 4212-si xüsusi mülkiyyətə aid olmuşdur (cədvəl 3). Xüsusi mülkiyyətli müəssisələrin 251-i tam xarici investisiyalı, 57-si isə birgə müəssisələrə aiddir.

Cədvəl 3. Mülkiyyət növləri üzrə yeni yaradılmış müəssisələr

Mülkiyyət növləri

Dövlət

Bələdiyyə

Xüsusi

Sayı

144

6

4212

2016-cı ilin 1 iyul tarixinə kimi qeydiyyata alınmış 104191 hüquqi şəxsin 10662-si dövlət mülkiyyətinə, 91829-u xüsusi mülkiyyətə (onlardan 5987-si tam xarici investisiyalı, 1880-ı birgə müəssisə), 1700-ü isə bələdiyyə mülkiyyətinə mənsub olmuşdur (qrafik 4).

Qrafik 4. Mülkiyyət növünə görə müəssisələrin və təşkilatların strukturu

sid-2016-3

Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (35,5%), Böyük Britaniya (8,9%), Rusiya (7,9%), İran (6,0%), ABŞ (3,8%), Almaniya (2,4%) və digər ölkələrin (35,5%) sahibkarları tərəfindən yaradılmışdır (qrafik 5).

Qrafik 5. 100 faiz xarici investisiyalı və birgə müəssisələrin ölkələr üzrə payı, faizlə

sid-2016-4

Ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün 2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 6769,6 milyon manat vəsait yönəldilmiş, onun 83,5 faizi məhsul istehsalı obyektlərinin, 12,4 faizi xidmət sahələri üzrə obyektlərin, 4,1 faizi isə ümumi sahəsi 767,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Ümumi sərmayənin 25,2 faizi dövlət, 74,8 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. 2016-cı ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4257,4 milyon manat vəsait yönəldilmişdir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3769,2 milyon manatı (88,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olmuşdur.

Kiçik müəssisələrin inkişaf dinamikası.
Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturu "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanunu və "İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə müəyyənləşdirilmiş işçilərin sayı və illik dövriyyə meyarına görə müəyyən edilir. 2016-cı ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən müəssisələrin 83017 vahidi və ya 79,7 faizi kiçik müəssisələr olmuşdur (Qrafik 6). Göründüyü kimi, 2016-cı il iyulun 1-i vəziyyətinə ölkə üzrə müəssisələrin ümumi sayının 79,7 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (31,2%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,5%), tikinti (12,1%) və kənd təsərrüfatı (10,7%) sahələrində yaradılmışdır.

Qrafik 6. Kiçik müəssisələrin sayı

sid-2016-4 2

Kiçik müəssisələrin 56,7 faizi Bakıda, 12,7 faizi Aran, 7,0 faizi Abşeron, 6,1 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılmışdır (cədvəl 4).

Cədvəl 4. Kiçik müəssisələrin iqtisadi rayonlar üzrə bölgüsü

 

01.07.2016-cı il vəziyyətinə

kiçik müəssisələrin

sayı

Ümumi

saya görə

%-lə

CƏMİ

83017

100,0

Bakı

47103

56,7

İqtisadi rayonlar:

Abşeron iqtisadi rayonu

5815

7,0

Gəncə-Qazax

4967

6,0

Şəki-Zaqatala

3214

3,9

Lənkəran

5098

6,1

Quba-Xaçmaz

2303

2,8

Aran

10566

12,7

Yuxarı Qarabağ

1376

1,7

Kəlbəcər-Laçın

403

0,5

Dağlıq Şirvan

1331

1,6

Naxçıvan Muxtar Respublikası

841

1,0

Fiziki şəxslərin inkişaf dinamikası.
Hesabat dövründə fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam etmişdir. 2016-cı ilin 1 iyul tarixinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı 1 yanvar tarixinə nisbətən 5,6 faiz artaraq 611394 vahidə çatmışdır (qrafik 7).

Qrafik 7. Fərdi sahibkarların sayı

sid-2016-4 3

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) əsas hissəsi Bakıda (33,0%), Aran (20,2%), Gəncə-Qazax (13,2%) və Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır (cədvəl 5).


Cədvəl 5. Fərdi sahibkarların regionlar üzrə sayı

 

 

01.07.2016-cı il vəziyyətinə fiziki şəxslərin sayı

Ümumi saya görə, faizlə

CƏMİ

611394

100,0

Bakı

201916

33,0

İqtisadi rayonlar:

Abşeron iqtisadi rayonu

30597

5,0

Gəncə-Qazax iqtisadi rayonu

80806

13,2

Şəki-Zaqatala iqtisadi rayonu

39052

6,4

Lənkəran iqtisadi rayonu

45828

7,5

Quba-Xaçmaz iqtisadi rayonu

33857

5,5

Aran iqtisadi rayonu

123164

20,2

Yuxarı Qarabağ iqtisadi rayonu

15037

2,5

Kəlbəcər-Laçın iqtisadi rayonu

2538

0,4

Dağlıq Şirvan iqtisadi rayonu

17591

2,9

Naxçıvan Muxtar Respublikası

21008

3,4

Hesabat dövründə fərdi sahibkarların çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin təmiri" (33,0%), "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (18,8%), "Digər sahələrdə xidmətlərin göstərilməsi" (15,6%) və "Nəqliyyat və anbar təsərrüfatı" (11,8%) bölmələrində qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) 80,1 faizini kişilər, 19,9 faizini isə qadınlar təşkil etmişdir.
Sahibkar qadınların 33,0 faizi Bakıda, 20,2 faizi Aran, 13,2 faizi Gəncə-Qazax, 7,5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir.
2016-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,9 faiz artaraq 13,8 milyard manat olmuşdur.
İstehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,0 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılmışdır.
2016-cı ilin yanvar-iyun aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7,0 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz çox istehlak məhsulları satılmışdır. Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 0,3 faiz üstələyərək 6,8 milyon manata bərabər olmuşdur.
2016-cı ilin I yarımili ərzində bir çox sahibkarlıq obyektləri, o cümlədən Bakının Qaradağ rayonunda "Mətanət-A" şirkətinin Yeni Ağdağ gips zavodu, Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transformatorlar zavodu istifadəyə verilmişdir.
2016-cı ilin I yarımilində ölkədə İqtisadiyyat Nazirliyinin aidiyyəti bölmə və qurumları tərəfindən sahibkarlığın dəstəklənməsi, təşviqi və sahibkarların maarifləndirilməsi, məlumatlandırılması ilə bağlı 126 tədbir keçirilmişdir. Keçirilmiş tədbirlərin 49-ü Bakı şəhərində, 74-ü regionlarda və 3-ü xaricdə təşkil edilmişdir (qrafik 8).
Qrafik 8. Nazirliyin aidiyyəti bölmə və qurumları tərəfindən sahibkarlıq sahəsində həyata keçirilmiş tədbirlərin sayı və yeri:

sid-2016-5

Həyata keçirilmiş tədbirlərlə yanaşı ölkədə məşğulluğun təmin edilməsi, qeyri-neft ixracının artırılması, biznes mühitinin inkişafı, sahibkarlığın bu kimi strateji məsələlərdə rolunun artması, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli 1988 nömrəli Sərəncamı ilə 25 aprel tarixi Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi təsis edilmişdir. Bu məqsədlə cari ilin 25 aprel tarixində müxtəlif sahələrdə fəaliyyət göstərən 200-ə yaxın sahibkarın iştirakı ilə "Azərbaycan Respublikasında "Sahibkarlar günü"nün təsis edilməsinə həsr olunmuş konfrans"ı keçirilmişdir.
Bununla yanaşı cari ilin I yarımilində aparılan islahatların davamı olaraq bir çox islahatlar həyata keçirilmişdir ki, bu islahatların əsas hissəsi biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına yönəlmişdir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması, verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması, ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştləri, ixrac-idxal əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması, dövlət satınalmalarında aparılan təkmilləşdirmələr, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən Çağrı Mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilmişdir.

Sahibkarlıq sahəsində qısa məlumat cədvəlləri:
Sahibkarların regionlar üzrə bölgüsü:

 

 

01.07.2016-cı il tarixinə

Müəssisə və təşkilatların sayı

Fərdi sahibkarların sayı

Ümumi sahibkarlar

Cəmi

104191

611394

715585

Bakı

55943

201916

257859

İqtisadi rayonlar:

Abşeron

6637

30597

37234

Gəncə-Qazax

7087

80806

87893

Şəki-Zaqatala

4410

39052

43462

Lənkəran

6274

45828

52102

Quba-Xaçmaz

3146

33857

37003

Aran

14086

123164

137250

Yuxarı Qarabağ

2078

15037

17115

Kəlbəcər-Laçın

698

2538

3236

Dağlıq Şirvan

1965

17591

19556

Naxçıvan Muxtar Respublikası

1867

21008

22875

Müəssisə və təşkilatların mülkiyyət növləri üzrə bölgüsü:

Mülkiyyət növləri

01.07.2016-cı

il vəziyyətinə müəssisə və təşkilatlar

2016-cı ilin

yanvar-iyun aylarında yeni yaradılmış müəssisə və təşkilatlar

cəmi

%-lə

CƏMİ

104191

4362

4,2

o cümlədən:

Dövlət mülkiyyətli müəssisələr

10662

144

1,4

Bələdiyyə mülkiyyətli müəssisələr*

1700

6

0,4

Xüsusi mülkiyyətli müəssisələr

91829

4212

4,6

ondan: xarici müəssisələr (100% xarici investisiyalı)

5987

251

4,2

birgə müəssisələr

1880

57

3,0

 
Fəaliyyət sahələri üzrə sahibkarların bölgüsü:

Fəaliyyət növləri

01.07.2016-cı il vəziyyətinə

Müəssisə və təşkilatlar

Fərdi sahibkarlar

Ümumi sahibkarlar

CƏMİ

104191

611394

715585

o cümlədən:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

9782

114663

124445

Mədənçıxarma sənayesi

799

685

1484

Emal sənayesi

5963

16043

22006

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

304

61

365

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

479

234

713

Tikinti

11000

5568

16568

Ticarət; nəqliyyat vasitələrinin təmiri

27039

201621

228660

Nəqliyyat və anbar təsərrüfatı

2036

72224

74260

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

1637

35664

37301

İnformasiya və rabitə

2581

6200

8781

Maliyyə və sığorta fəaliyyəti

1622

1476

3098

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

1267

11368

12635

Peşə, elmi və texniki fəaliyyət

7004

11954

18958

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

3788

2557

6345

Təhsil

3446

3994

7440

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1702

2455

4157

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

1630

9345

10975

Digər sahələrdə xidmətlərin göstərilməsi

17135

95229

112364

Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət

 

20053

20053

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

4883

 

4883

Toxunulmazlıq hüququ olan təşkilatların fəaliyyəti

94

 

94

← Geriyə