Xəbərlər

  • Yaradılıb 29.06.2018 17:28
  • Yenilənib 29.06.2018 17:29
  • Nəşr edilib 29.06.2018 15:00

Azərbaycan birinciliyinə yekun vurulub

 

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və daha kiçik tennisçilər arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Şəxsi xarakter daşıyan turnirdə ölkənin müxtəlif regionlarından olan 100-dən çox idmançı mübarizə aparıb.

Qızlar arasında Mərziyyə Nurmətova I, Arzu Aslanova II, Mehriban Dadaşova III yerə layiq görülüb.

Oğlanlar arasında Adil Əhmədzadə I, Xaliq Becanov II, Rüstəm Hacılı  III yeri qazanıblar.

Qaliblərə  Stolüstü Tennis Federasiyasının  mükafatları təqdim edilib.

 

← Geriyə