Xəbərlər

  • Yaradılıb 07.02.2018 16:57
  • Yenilənib 07.02.2018 16:57
  • Nəşr edilib 07.02.2018 16:55

Azərbaycan məhsulları Berlində nümayiş olunur

 

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində  "Fruit Logistica" meyvə-tərəvəz Sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavillionunda Azərbaycan şirkətilərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə Sərginin ziyarətçilərinə təqdim edilir. 

Qeyd edək ki, "Fruit Logistica" Sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərındə Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.

← Geriyə