Xəbərlər

  • Yaradılıb 09.03.2018 16:54
  • Yenilənib 09.03.2018 16:54
  • Nəşr edilib 09.03.2018 16:50

Azərbaycan nümayəndə heyəti İrana gedir

 

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

Səfər çərçivəsində Dövlət Komissiyasının 12-ci iclası, İran rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcəkdir.

← Geriyə