Xəbərlər

  • Yaradılıb 03.03.2018 19:18
  • Yenilənib 03.03.2018 19:19
  • Nəşr edilib 03.03.2018 19:15

Azərbaycan nümayəndə heyəti Türkiyə və Gürcüstana gedəcək

 

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 4-6-da Türkiyədə və Gürcüstanda səfərdə olacaq.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Türkiyə və Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcək. 

← Geriyə