Xəbərlər

  • Yaradılıb 09.04.2018 14:36
  • Yenilənib 09.04.2018 17:18
  • Nəşr edilib 09.04.2018 14:35

Azərbaycan nümayəndələri Dayanıqlı İnkişaf Forumunda

 

İstanbulda Birləşmiş Millətlər Təşkilatının Avropa və MDB üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forum keçirilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında beynəlxalq əməkdaşlığın gücləndiriılməsi və qarşıya çıxan çətinliklərin birgə həllinin müzakirəsi məqsədilə təşkil edilmiş tədbirdə Avropa və MDB ölkələrində DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsinə cavabdeh şəxslər, BMT-nin nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.

Forumun “İnkişaf siyasətində hökumətlərin baxışı” panel sessiyasında çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün görülən tədbirlər, həyata keçirilən dövlət proqramları və  strategiyalar nəticəsində ifrat yoxsulluğun aradan qaldırıldığını, dayanıqlı inkişafa nail olunduğunu və bir sıra sosial layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və 4 istiqamət üzrə İşçi Qrupu yaradılıb. Qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların DİM ilə uzlaşdırılması prosesi davam etdirilir.

← Geriyə