2018

  • Yaradılıb 15.05.2018 12:48
  • Yenilənib 15.05.2018 12:52
  • Nəşr edilib 15.05.2018 12:40

2018-ci ilin birinci rübü üzrə qeyri-neft sektorunun inkişafı barədə

 

2018-ci ilin yanvar-mart ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 9462.8 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 57.6%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.

2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.9% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 55.1% təşkil etmişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-ə ən çox müsbət töhfə verən sahələr nəqliyyat və anbar təsərrüfatı, tikinti və ticarət və vasitələrinin təmiri sahələri olmuşdur.

Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü

 

Qeyri-neft sektorunun əksər sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur.

2017-ci ilin müvafiq dövrünə nisbətən kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 4.2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.6%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 12.5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 7.1%, informasiya və rabitə sahəsində 13.2%, ydə alınmışdır.

Kənd, meşə və balıqçılıq təsərrüfatları. 2018-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 823,6 milyon manat təşkil etmişdir ki, onun da 793,4 milyon manatı və ya 96,3 faizi heyvandarlıq, 30,2 milyon manatı və ya 3,7 faizi isə bitkiçilik məhsullarının payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə 63,2 faiz artmışdır.

Cari ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin inkişafı ilə bağlı əsas kapitala 147,2 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə çox vəsait sərf edilmişdir.

Bitkiçilik. Respublikada yaz-tarla işləri davam edir. Aprelin 1-i vəziyyətinə 114,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 15,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 1,3 min hektarda dən üçün qarğıdalı), 28,1 min hektarda kartof, 25,8 min hektarda tərəvəz, 2,4 min hektarda bostan bitkiləri, 5,0 min hektarda şəkər çuğunduru, 2,1 min hektarda dən üçün günəbaxan, 34,6 min hektarda çoxillik otlar, 0,4 min hektarda birillik otlar əkilmişdir.

Təsərrüfatlarda yanvar-mart aylarında 51,7 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çox tərəvəz məhsulları istehsal edilmişdir.

Heyvandarlıq. 2018-ci ilin birinci rübündə ölkə üzrə quş əti də daxil olmaqla diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd və 434,6 milyon ədəd yumurta istehsal edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz artmışdır. 

2018-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2684,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1290,0 min baş inək və camış, 8659,2 min baş qoyun və keçi, 5323 baş donuz mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 20,5 min ton quş əti, 181,7 milyon ədəd yumurta istehsal edilmiş, quşların sayı aprelin 1-i vəziyyətinə 11884,3 min baş olmuşdur.

Qeyri-neft sənayesi. 2018-ci ilin yanvar-mart ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12.3% artaraq 765.4 milyon manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4.5%, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 8.1%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 9.2% təşkil etmişdir.

Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 2.9%, emal sənayesinin xüsusi çəkisi 67.3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 26.3%, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3.5% təşkil etmişdir.

2018-ci ilin yanvar-mart aylarında qeyri-neft sənayesində 2301.4 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 9.9% artmışdır.

Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 2.8% və ya 65.2 milyon manat, emal sənayesinin payı 71.7% və ya 1650.4 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 22.5% və ya 516.7 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.0% və ya 69.1 milyon manat təşkil etmişdir (Qrafik 2).

Qrafik 2. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

2018-ci ilin yanvar-mart ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən tütün məmulatlarının istehsalında (182.2%), toxuculuq sənayesində (53.2%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında (85.1%), kimya sənayesində (6.2%), elektrik avadanlıqlarının istehsalında (37.4%), maşın və avadanlıqların istehsalında (27.2%), tikinti materiallarının istehsalında (38.7%), mebellərin istehsalında (96.7%), ağac emalı və ağacdan məmulatların istehsalında (0.8%),  poliqrafiya məhsullarının istehsalında (103.0%), mettalurgiya sənayesində (11,5%) və s. sahələrdə artmışdır.

Tikinti. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2869,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 2174,8 milyon manatı və ya 75,8 faizi məhsul istehsalı obyektlərinin, 521,9 milyon manatı (18,2 faizi) xidmət sahələri üzrə obyektlərin, 172,5 milyon manatı (6,0 faizi) isə ümumi sahəsi 383,2 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Ümumi sərmayənin 42.8% dövlət, 57.2% qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 74.7% tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 51.7% etmişdir.

2018-ci ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 50.8%-i və ya 1456.2 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 9.2%-ı, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 18.1%-i və ya 264.0 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir (Qrafik 3).

Qrafik 3. Əsas kapitala yönləndirilmiş investisiyaların strukturu

 

2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi istifadəyə verilmişdir.

Nəqliyyat. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-mart ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 49,8 milyon ton yük daşınmış və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artım müşahidə olunmuşdur. Yüklərin 4,3 faizi dəniz, 6,4 faizi dəmir yolu, 0,1 faizi hava, 59,2 faizi avtomobil nəqliyyatı, 30,0 faizi isə boru kəməri ilə daşınmışdır.

Turizm. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvar-mart ayları ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılmış əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.1 faiz artaraq 467.6 milyon manata çatmış və qeyri-neft ÜDM-də xüsusi çəkisi 4.9 faiz təşkil etmişdir.

2018-ci ilin I rübü ərzində Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 629.4 min nəfər və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox olmuşdur. Gələnlərin ümumi sayında Rusiya vətəndaşları 27.4 faiz, Gürcüstan vətəndaşları 22.1 faiz, İran vətəndaşları 15.8 faiz, Türkiyə vətəndaşları 11.6 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları 4.7 faiz, Ukrayna vətəndaşları 1.9 faiz, İraq vətəndaşları 1.8 faiz, digər ölkələrin vətəndaşları 14.6 faiz, vətəndaşlığı olmayan şəxslər isə 0,1 faiz təşkil etmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə Fars körfəzi ölkələrindən (İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Küveyt vətəndaşlarının sayı 7.1 dəfə, Bəhreyn və Qətər vətəndaşlarının sayı 2.7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2.4 dəfə, Oman vətəndaşlarının sayı 1.9 dəfə, İraq vətəndaşlarının sayı 1.7 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1.3 dəfə artmışdır. Cari ilin yanvar-mart aylarında MDB ölkələrindən gələnlərin sayı 6.7 faiz artaraq 204.4 min nəfər olmuşdur.

Yanvar-mart aylarında ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 63.3 faizi dəmir yolu və avtomobil, 35.9 faizi  hava, 0.8 faizi su  nəqliyyatından istifadə etmişdir.

2018-ci ilin I rübü ərzində “ASAN VİZA” sistemi vasitəsilə Azərbaycana səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 111698 elektron viza verilmişdir. Elektron viza üçün müraciət etmiş vətəndaşların sayına görə ilk 3 yeri İran, Pakistan və Hindistan tutmuşdur.

Mərkəzi Bankın məlumatına görə 2018-ci ilin I rübü ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20% artaraq 190 milyon manatdan çox olmuşdur.

İnformasiya və rabitə. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar-mart ayları ərzində informasiya və rabitə müəssisələri 421,9 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 71,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 13,2 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Xidmətlərdən əldə edilən gəlirin 49,1 faizi və ya 207,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

← Geriyə