2017

  • Yaradılıb 11.05.2017 17:31
  • Yenilənib 13.02.2018 11:05
  • Nəşr edilib 10.05.2017 17:36

2017-ci il üzrə Azərbaycan Respublikasında sənayenin inkişafı

 

Ümumi daxili məhsul: 70 135,1 milyon manata çatmışdır.

Neft sektoru: 2016-cı illə müqayisədə 5,0% azalaraq 26 073,2 milyon manat təşkil etmişdir (əlavə dəyərin 37,2%-i).

Qeyri-neft sektoru: 2016-cı illə müqayisədə 2,7% artaraq 44 061,9 milyon manat  təşkil etmişdir  (əlavə dəyərin 62,8%-i).

Sənayenin neft sektoru (əlavə dəyər): 2016-cı ilə nisbətən 5,3% azalaraq 25 000,8 milyon manat olmuşdur.

Sənayenin qeyri-neft sektoru (əlavə dəyər): 2016-cı ilə nisbətən 3,8% artaraq 3 086,5 milyon manat olmuşdur.

Sənayenin neft sektoru (ümumi buraxılış): Neft sektorunda istehsalın həcmi əvvəlki ilə nisbətən 4,7% azalaraq 30 070,6 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoru (ümumi buraxılış): Əvvəlki ilə nisbətən 3,7% artaraq 9 484,8 milyon manat təşkil etmişdir.

Sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapital: Ötən ilə nisbətən sənayenin qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 36,5% artaraq 1 493,6 milyon manat olmuşdur.

Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı: 2017-ci ilin yanvar-noyabr aylarında sənaye müəssisələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 194,1 min nəfər təşkil etmişdir; işçilərin orta aylıq nominal əmək haqqı isə 8,1% artaraq 966,4 manat olmuşdur.

 

Ümumi daxili məhsul

İlkin məlumatlara görə 2017-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsul 70 135,1 milyon manata çatmışdır.

Neft sektorunda əlavə dəyərin 37,2%-i (26 073,2 milyon manat) istehsal olunmuş, əvvəlki illə müqayisədə istehsal 5,0 faiz azalmışdır.

Qeyri-neft sektorunda əlavə dəyərin 62,8%-i (44 061,9 milyon manat) istehsal olunmuş, əvvəlki illə müqayisədə istehsal 2,7% artmışdır.

 

Qrafik 1. Ümumi daxili məhsulun bölgüsü (2017-ci il)

2017-ci ildə sənayedə 28 087,3 milyon manatlıq əlavə dəyər istehsal edilmiş, o da ümumi daxili məhsulun 40,1% təşkil etmişdir.

 

Qrafik 2. Ümumi daxili məhsulun strukturu (2017-ci il)

Qeyri-neft sənayesi

Qeyri-neft sənayesi isə 9 484,8 milyon manat təşkil etmiş və ötən ilə nisbətən 3,7% artmışdır. Bu artım əsasən rezin və plastik kütlə məmulatlarının istehsalı (71,7%), tikinti materiallarının istehsalı (46,6%), toxuculuq sənayesi (44,7%), maşın və avadanlıqların istehsalı (42,9%), elektrik avadanlıqların istehsalı (34,6%), kompüter, elektron və optik məhsulların istehsalı (25,5%), içki istehsalı (17,2%), kimya sənayesi (16,5), mebellərin istehsalı (16,2%) sahələrində müşahidə olunmuşdur.

 

Qrafik 3. Sənayedə ümumi buraxılışın bölgüsü (2017-ci il)

Sənaye məhsulunun 69,9% mədənçıxarma, 24,7% emal, 4,6% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.

 

Qrafik 4. Sənayedə ümumi buraxılışın istehsalı (2017-ci il)

Cədvəl 1.  2017-ci ildə sənaye sahələrində istehsalın həcmi

Fəaliyyət növlərinin adı

2017-ci ildə istehsal, milyon manat

2016-cı ilə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

27 660,9

96,1

Xam neft və təbii qaz hasilatı

24 075,6

94,7

Metal filizlərinin hasilatı

259,5

306,6

Mədənçıxarma sənayesinin digər sahələri

58,1

209,5

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

3 267,8

115,8

Emal sənayesi

9 767,0

98,0

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

1 832,7

97,4

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

294,7

98,8

Qeyri-neft emal sənayesi ötən illə müqayisədə 1,7% artmışdır.

Cədvəl 2. Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı (2017-ci il)

Emal sənayesinin sahələri

2017-ci ildə istehsal, milyon manat

Cəmi emal sənayesi  (min manat)

9767,0

   Qida məhsullarının istehsalı

3288,5

   Neft məhsullarını istehsalı

2727,3

  Tikinti materiallarının istehsalı

567,8

   Kimya sənayesi

503,2

   Maşın və avadanlıqların quraşdırılması və
   təmiri

438,8

   Metallurgiya sənayesi

433,3

   Hazır metal məmulatların istehsalı

275,0

   İçki istehsalı

243,8

   Rezin və plastik kütlə məmulatlarının

   istehsalı

232,2

   Maşın və avadanlıqların istehsalı

192,6

   Toxuculuq sənayesi

172,0

   Elektrik avadanlıqlarının istehsalı

171,6

   Kompyuter, elektron və optik məhsulların
   istehsalı

79,6

   Avtomobil, qoşqu və
   yarımqoşquların istehsalı

72,9

   Geyim istehsalı

70,5

   Kağız və karton  istehsalı

66,0

   Mebellərin istehsalı

64,9

   Poliqrafiya məhsullarının istehsalı

63,0

   Tütün məmulatlarının istehsalı

39,2

   Dəri və dəridən məmulatların,

   ayaqqabıların istehsalı

20,0

   Zərgərlik məmulatları, musiqi alətləri,

   idman mallarının və tibb avadanlıqlarının

   istehsalı

15,8

   Mebeldən başqa ağacın emalı və ağacdan
   məmulatların istehsalı

14,4

   Sair nəqliyyat vasitələrinin istehsalı

13,3

   Əczaçılıq məhsullarının istehsalı

1,3

2017-ci ildə emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (33,7%), neft məhsullarının istehsalı (27,9%), tikinti materiallarının istehsalı (5,8%), kimya sənayesi (5,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri (4,5%), metallurgiya sənayesi (4,4%), hazır metal məmulatların istehsalı (2,8%), içki istehsalı (2,5%), rezin və plastik kütlə məmulatlarının istehsalı (2,4%), maşın və avadanlıqların istehsalı (2,0%), toxuculuq sənayesi (1,8%), elektrik avadanlıqlarının istehsalı (1,8%) olmuşdur, digər 12 alt sahənin birgə xüsusi çəkisi isə 5,3% təşkil etmişdir.

 

Əsas kapitala yönəldilmiş vəsaitlər

Respublikanın iqtisadi və sosial sahələrinin inkişafına 2017-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 15 550,8 milyon manat vəsait yönəldilmişdir.

Sənayedə qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi ötən ilə nisbətən 36,5% artaraq 1 493,6 milyon manat təşkil etmişdir.

Ümumi vəsaitin 63,9% sənaye sahələrinin inkişafına yönəlmiş, bu da 9 942,2 milyon manat təşkil etmişdir.

 

Qrafik 5. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin bölgüsü (2017-ci  il)

Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 84,2% mədənçıxarma sənayesi, 3,5% emal sənayesi, 5,7% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 6,6% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.

 

Qrafik 6. Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin sahələr üzrə həcmi (2017-ci  il)

Sənaye sahələrində çalışan işçilərin sayı və orta əmək haqqı*

2017-ci ilin yanvar-noyabr aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 194,1 min nəfər təşkil etmişdir, onların orta aylıq nominal əmək haqqı isə 8,1% artaraq 966,4 manat olmuşdur.

İşçilərin 33,8 min nəfəri mədənçıxarma, 102,3 min nəfəri emal, 26,7 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 31,3 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.

 

Qrafik 7. İşçilərin sayının sahə bölgüsü (2017-ci il)

 

Qrafik 8. Sənayedə fəaliyyət növləri üzrə bir işçinin orta əmək haqqı (yanvar-noyabr 2017-ci il)

*) İşçilərin sayı və əmək haqları bir ay gecikmə ilə təqdim olunur.

← Geriyə