2017

  • Yaradılıb 20.05.2017 16:11
  • Yenilənib 14.03.2018 18:05
  • Nəşr edilib 20.05.2017 16:11

2017-ci ildə Azərbaycan Respublikasında pərakəndə ticarət, iaşə və pullu xidmət

 sahələrinin inkişafı

 

2017-ci ildə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 7.305,2 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 10,4 faiz təşkil etmişdir. 2016-cı il ilə müqayisədə əlavə dəyərin real həcmi 2,5 faiz artmışdır.   

Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,4 faizi (56,5 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2017-ci il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 34,0 min nəfər, qeyri-neft sektorunda isə 1.487,2 min nəfər olmuşdur, onların 19,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.

2016-cı il ilə müqayisədə, 2017-ci ildə ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 2,5 faiz artaraq 35.268,1  milyon manat təşkil etmişdir.

 İstehlak mallarının 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 32,7 faizi bazar və yarmarkalarda, 11,8 faizi ticarət müəssisələrində satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 301,9 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 40,9 manat çox əmtəə almışdır.

 

2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin strukturu

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 2016-cı il ilə müqayisədə 3,1 faiz artaraq 17.384,7 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatları 17.883,4 milyon manata bərabər olmuş və 2016-cı ilin müvafiq dövrünün səviyyəsini real ifadədə 1,9 faiz üstələmişdir.

2017-ci ildə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 153,1 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 148,8 manatlıq isə qeyri-ərzaq malları almışdır.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7 faizi (17.883,4 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi (6.272,5 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 6,0 faizi (2.118,1 milyon manat) elektrik malları və mebelin, 5,5 faizi (1.938,1 milyon manat) avtomobil yanacağının, 1,3 faizi (461,7 milyon manat) əczaçılıq və tibbi malların, 0,7 faizi (255,5 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 18,0 faizi isə (6.338,8 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

 

2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin strukturu

İaşə xidməti

2017-ci ildə  əhaliyə 1.401,8  milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Bu dövr ərzində hüquqi şəxs statuslu özəl müəssisələrdə iaşə dövriyyəsinin həcmi 589,6 milyon manat olmuşdur.

Pullu xidmətlər

2017-ci ildə əhaliyə 8.636,0 milyon manatlıq pullu xidmət göstərilmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6.258,7 milyon manat xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 72,5 faizini təşkil edir. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 887,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,9 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.

← Geriyə