2013

  • Yaradılıb 30.04.2013 09:19
  • Yenilənib 07.02.2014 12:53
  • Nəşr edilib 30.04.2013 09:19

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı


2013-cü ildə ÜDM-in real artım tempi 5.8% təşkil etmiş və cari qiymətlərlə 57.7 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 6207.3 manat (7912.5 ABŞ dolları) təşkil etmişdir.


Qrafik 1

sii-2013-1

 

Neft-qaz sektoru üzrə 2013-cü ildə 2012-ci ilə nisbətən 1.0% artım qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 43.4% təşkil etmişdir.
2013-cü ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 10.0% (2012-ci ildə: 9.7%) artması ilə nəticələnmişdir. Belə ki, 2012-ci ilə nisbətən 2013-cü ildə rabitə sahəsi 10.7%, nəqliyyat sahəsi 6.3%, tikinti sahəsi 23.0%, kənd təsərrüfatı 4.9%, ticarət sahəsi isə 9.9% artmışdır.
2013-cü ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17872.1 mln. manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.1% çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 76.7%-ni daxili investisiyalar, 23.3%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2013-cü ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 13047.3 milyon manatı (73.0%-i) qeyri-neft bölməsinin, 4824.8 milyon manatı (27.0%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.
2013-cü ilin 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 30.0% artaraq 15245.3 mln. manat təşkil etmişdir (2012-ci ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 22.1% olmuşdur).

 

Qrafik 2


sii-2013-2

 

2013-cü ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nəzərən 34.8% artaraq 6.4 mlrd. manat təşkil etmişdir (2012-ci ilin dekabr ayının 1-nə əmanətlərin artımı 24.4% olmuşdur).


Qrafik 3

sii-2013-3

 

2013-cü ildə əhaliyə 19655.9 mln. manatlıq çox geniş çeşidli istehlak malları satılmış və 6527.3 mln. manatlıq pullu xidmətlər göstərilmişdir. 2012-ci illə müqayisədə əmtəə dövriyyəsi 9.9%, pullu xidmətlərin həcmi isə 8.2% artmışdır. İl ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 10170.4 mln. manatlıq ərzaq məhsulları və 9485.5 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 2.3% və 20.2% artmışdır.
2013-cü ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 2012-ci illə müqayisədə 6.2% artaraq 423.0 manat təşkil etmişdir. 2013-ci ildə əhalinin hər nəfərinə düşən gəlirləri isə 6.6 % artaraq 4039.6 manata çatmışdır.

 

Qrafik 4

sii-2013-4

 

2013-cü ildə manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0.7845 AZN təşkil etmişdir.

 

← Geriyə