Xəbərlər

  • Yaradılıb 29.05.2018 12:06
  • Yenilənib 29.05.2018 14:31
  • Nəşr edilib 29.05.2018 11:55

        Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü

          münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib

 

Bakı Biznes Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü  ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin əməkdaşlarının intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Nə? Harada? Nə zaman” intellektual oyunu təşkil edilib.

İqtisadiyyat Nazirliyinin strukturlarından 11 komandanın iştirak etdiyi turnirin qalibi Nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin “İnter” komandası olub və kuboka layiq görülüb.

İkinci və üçüncü yerləri isə müvafiq olaraq İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “İqtisadi islahatlar” və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Antiinhisar” komandaları tutub.

Turnirdə ilk üç yeri tutan komandalara fəxri fərman və mükafatlar verilib.

 

← Geriyə