2013

  • Yaradılıb 03.05.2013 11:38
  • Yenilənib 29.10.2014 07:32
  • Nəşr edilib 03.05.2013 11:38

2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət əlaqələri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 34.687,92 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 10.712,50 mln. ABŞ dolları, ixracın həcmi isə 23.975,42 mln. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 13.262,92 mln. ABŞ dolları olmuşdur.

xt-az-2013

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

2012-ci illə müqayisədə, 2013-cü ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 3,35 faiz artmışdır.
2013-cü ildə neft və qaz sənayesi məhsullarını əhatə edən 27-ci qrupun (elektrik enerjisi istisna) ixracın strukturundakı xüsusi çəkisi 92,62 faiz təşkil etmişdir. Eyni zamanda, həmin dövr ərzində qeyri-neft sektoru üzrə (neft və qaz sənayesi məhsulları istisna olmaqla) ixracın həcmi 2012-ci illə müqayisədə 5,78 faiz (96,79 mln. ABŞ dolları) artmışdır.

 

2013-cü ildə Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşları

İxracda

 

İdxalda

Ölkələr

Milyon ABŞ dolları ilə

Xüsusi çəkisi, faizlə

Yeri

Ölkələr

Milyon ABŞ dolları ilə

Xüsusi çəkisi, faizlə

İtaliya

5 989,66

24,98

1

Rusiya

1 505,18

14,05

İndoneziya

2 771,82

11,56

2

Türkiyə

1 463,80

13,66

Tailand

1 665,49

6,95

3

Böyük Britaniya

1 333,99

12,45

Almaniya

1 356,74

5,66

4

Almaniya

823,02

7,68

İsrail

1 260,70

5,26

5

Ukrayna

589,07

5,50

Fransa

1 131,12

4,72

6

Çin

566,34

5,29

Hindistan

1 098,41

4,58

7

Fransa

425,44

3,97

Rusiya

1 077,84

4,50

8

ABŞ

376,49

3,51

ABŞ

990,28

4,13

9

Braziliya

371,80

3,47

Yunanıstan

810,33

3,38

10

Qazaxıstan

306,76

2,86

Türkiyə

525,99

2,19

11

Yaponiya

288,36

2,69

Portuqaliya

525,76

2,19

12

İtaliya

249,26

2,33

Gürcüstan

519,18

2,17

13

Koreya Respublikası

229,29

2,14

Böyük Britaniya

484,36

2,02

14

İran

207,68

1,94

 

 

 

15

Niderland

180,99

1,69

Digər

4 767,74

15,71

 

Digər

1 795,03

16,77

Cəmi

23 975,42

100,00

 

Cəmi

10 712,50

100,00

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2013-cü ildə ixrac əməliyyatlarında dövlət sektorunun payı 22.365,52 mln. ABŞ dolları (93,29%), özəl sektorun payı 1.381,14 mln. ABŞ dolları (5,76%), fiziki şəxslərin payı 228,76 mln. ABŞ dolları (0,95%) təşkil etmişdir. İdxal əməliyyatlarında isə qeyd olunan dövr ərzində dövlət sektorunun payı 3.283,45 mln. ABŞ dolları (30,65%), özəl sektorun payı 6.961,92 mln. ABŞ dolları (64,99%), fiziki şəxslərin payı 467,14 mln. ABŞ dolları (4,36%) olmuşdur.

 

 

← Geriyə