Elanlar

  • Yaradılıb 13.07.2017 08:32
  • Yenilənib 13.07.2017 08:32
  • Nəşr edilib 19.06.2017 17:35

Bazar araşdırmalarına görə dövlət dəstəyindən yararlanmaq istəyən ixracatçıların

nəzərinə!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi xarici bazarların araşdırılması məqsədilə ixracla məşğul olan sahibkarlardan müraciətlərin qəbulunu elan edir.

İxracatçılar MDB ölkələri, Gürcüstan, Ukrayna, Avropa İttifaqı ölkələri, Yaxın Şərq ölkələri, Körfəz ölkələri, Çin, ABŞ və Afrika ölkələri üzrə maraq göstərdiyi sahələrlə bağlı bazar araşdırmalarının həyata keçirilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcəkdir. Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 28 iyul 2017-cı il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:
• Araşdırmanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən hədəf bazarlara aid olması – 10 (on) bal;
• Sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı – 10 (on) bal;
• Məhsulun ixrac potensialı – 10 (on) bal;
• Sifariş edilən bazar araşdırmasının əvvəllər həyata keçirilməməsi və ya araşdırmanın aktuallığını itirməməsi;
Meyarların cəmi üzrə minimum keçid balı – 20 (iyirmi) bal.
Bazar araşdırması üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Ərizə;
• Sifariş olunan müvafiq bazar araşdırmasının ixracatçı üçün əhəmiyyəti barədə arayış;

Sənədlər aşağıdakı ünvana 17 iyul 2017-ci il tarixinədək təqdim olunmalıdır:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

İxracatçılar əlavə məlumat əldə etmək üçün ( destek@azpromo.az) elektron poçt ünvanından istifadə edə və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərlər.

 

← Geriyə