Tenderlər

  • Yaradılıb 30.11.2017 12:00
  • Yenilənib 30.11.2017 12:00
  • Nəşr edilib 17.05.2017 11:30

BİLDİRİŞ

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bildirir ki, 4 lot üzrə dəftərxana ləvazimatlarının (lot 1), təsərrüfat mallarının (lot 2), işlək materialların (lot 3) və avadanlıqlara xidmət işlərinin (lot 4) satın alınması ilə əlaqədar elan olunmuş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir.
Tenderin nəticələri haqqında tender komissiyasının qərarına əsasən lot 1 və lot 3 üzrə (müvafiq olaraq dəftərxana ləvazimatları və işlək materiallar) "Hosting Vorld" MMC, lot 2 üzrə (təsərrüfat malları) "Grand Oll" MMC və lot 4 üzrə (avadanlıqlara xidmət işləri) "Orqtex Servis" MMC qalib elan edilmiş və həmin firmalarla satınalma müqavilələri bağlanılmışdır.

 

Tender komissiyası

← Geriyə