Xəbərlər

  • Yaradılıb 01.02.2018 10:09
  • Yenilənib 01.02.2018 11:26
  • Nəşr edilib 01.02.2018 10:05

Biznes inkubator iştirakçıları istehsal müəssisələrində olublar

 

İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən “Xüsusi iqtisadi zonaların idarə olunmasına dəstək” layihəsi çərçivəsində Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin təcrübə mübadiləsi məqsədilə Samuxda yerləşən “Bizim Ailə” MMC və “Aqro-Enerji” MMC-yə, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator rezidentlərinin isə Bakının Türkan qəsəbəsində yerləşən “Türkan-Aqro” MMC-yə səfərləri təşkil edilib.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş səfərlərdə biznes inkubator rezidentlərinə həmin müəssisələrin istehsal infrastrukturu, kadr potensialı, marketinq siyasəti, məhsulları və s. barədə məlumat verilib.

Biznes inkubator rezidentləri həmçinin, müəssisələrdə istehsal prosesi ilə tanış olublar.

“Türkan-Aqro” MMC-yə səfər çərçivəsində biznes inkubator rezidentləri üçün istixanaların yaradılması və idarə edilməsi mövzusunda treninq keçirilib.

← Geriyə