Elanlar

  • Yaradılıb 17.10.2017 11:29
  • Yenilənib 17.10.2017 11:29
  • Nəşr edilib 13.10.2017 10:10

Çinə təşkil olunacaq ixrac missiyasında iştirak etmək istəyən ixracatçıların nəzərinə!


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Tarix: 12-15 noyabr 2017-ci il
İxrac missiyasının əhatə etdiyi sahələr:
• Şərab və spirtli içkilər istehsalı
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 1 noyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq. İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarını buradan yükləyə bilərsiz.
Seçim meyarları:
• ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 (on) bal;
• nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 (on) bal;
• sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 (beş) bal;
Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.
İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
ərizə;
• sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 17 oktyabr 2017-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanından istifadə edə ( destek@azpromo.az) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel.: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərsiniz.

← Geriyə