İşə qəbul - elanlar

  • Yaradılıb 04.10.2012 06:28
  • Yenilənib 05.12.2012 07:06
  • Nəşr edilib 04.10.2012 06:28

İqtisadi İnkişaf Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir

 

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 17 avqust 2012-ci il tarixdən 17 sentyabr 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün) şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsindən (http://www.dqmk.az) əldə edə bilərsiniz.

 

← Geriyə