Tenderlər

  • Yaradılıb 16.06.2017 07:12
  • Yenilənib 16.06.2017 07:12
  • Nəşr edilib 12.06.2017 17:10

ELAN

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın tətbiqi üçün vətəndaşlara PİN və PUK zərflərinin (600.000,0 ədəd) satınalması məqsədilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender elan edir.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı;
- maliyyə durumu qənaətbəxş olmalı;
- analoji təcrübə, texniki, maliyyə və işçi qüvvəsinə, idarəetmə səriştəsinə malik olmalı;
- vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Tenderdə iştirak etmək istəyənlər 400 (dörd yüz) manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş "Tenderin əsas şərtlər toplusu"nu aşağıdakı ünvandan əldə edə bilərlər:
Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi
Əlaqələndirici şəxs: Musayev Azad Əlibaba oğlu, Fax: 598-95-27; Tel: 493-88-67 (daxili nömrə: 22-82)

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWİFT: CTREAZ22

Alan: İqtisadiyyat Nazirliyi
VÖEN:1700012751
Hesab №: AZ82CTRE00000000000002098501

ÖDƏNİŞİN TƏYİNATI MÜTLƏQ YAZILMALIDIR!

Təyinatı: Tenderdə iştirak haqqı
İqtisadiyyat Nazirliyi
XHK 2098501
Büdcə səviyyəsinin kodu: 7
İqtisadi təsnifat: 142340

Ünvan: AZ1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84. Hökumət Evi
Telefon: 493-88-67

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı);
PİN/PUK zərflərinin nümunələri 18 iyul tarixində təqdim olunacaq ilkin sənədlərlə birlikdə təqdim olunmalıdır.
İddiaçı "Tenderin əsas şərtlər toplusu"nda göstərilən bütün maddələrə dəqiq əməl etməlidir.
Satınalma müqaviləsi ilə əlaqədar vergi və rüsum güzəştləri nəzərdə tutulmayıb.
Satınalma müqaviləsi imzalandıqdan sonra 3 (üç) ay ərzində mallar göndərilməli və işlər başa çatdırılmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 18 iyul 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 iyul 2017-ci il saat 17.00-ə qədər İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət Evi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 27 iyul 2017-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender təklifinin qüvvədə olma müddəti - tender prosedurunun başlandığı gündən etibarən ən azı 30 (otuz) bank günü təşkil etməlidir.
Tender təklifinin təminatı – Tender prosedurunun başlandığı gündən etibarən ən azı 60 (altmış) bank günü (tender təklifinin güvvədə olma müddətindən ən azı 30 bank günü) çox olmalıdır və təklifin ümumi giymətinin 2 (iki) faizini təşkil etməlidir.
Tender təklifinin məbləği - Əsas şərtlər toplusunun məlumat xəritəsində göstərilən şərtlərlə, Bakı şəhərində təyin olunmuş yerə gətirilməsi nəzərə alınmaqla və bütün ödəniləcək gömrük rüsumları və vergiləri, sığorta ödəmələri daxil olmaqla, malların təsbit olunmuş qiyməti.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

 

Tender Komissiyası

 

← Geriyə