İşə qəbul - elanlar

  • Yaradılıb 25.01.2017 12:03
  • Yenilənib 25.01.2017 12:07
  • Nəşr edilib 25.01.2017 12:03

Sosial-iqtisadi məsələlər üzrə vakant vəzifələrin

tutulması üçün elan

Azərbaycan Respublikasının

DAYANIQLI İNKİŞAF üzrə MİLLİ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ KATİBLİYİNİN

sosial-iqtisadi məsələlər üzrə vakant mütəxəssis vəzifələrinin tutulması üçün

ELAN

Vəzifə: Sosial-iqtisadi məsələlər üzrə 2 mütəxəssis

Müddət : 1 il (artırılması mümkündür)

Əmək haqqı : müsahibə əsasında bildiriləcəkdir.

İşə başlama tarixi: Mümkün qədər tez

Yerləşdiyi məkan : Bakı, Azərbaycan

Azərbaycan Respublikasının vətəndaşları üçün

İŞİN TƏSVİRİ

Layihə haqqında qısa xülasə:

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında 25 – 27 sentyabr 2015-ci il tarixlərdə 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul edilmişdir. Yeni proqram universallıq, inteqrasiyalı yanaşma və heç kimin geridə buraxmamaq kimi prinsiplər üzərində qurulmuşdur. 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlikdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2016-ci ilin 6 oktyabr tarixli 1066 nömrəli Fərman ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və Şuranın Katibliyinin funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Katibliyin əsas funksiyaları heyət, ekspertlər və işçi qrupları ilə birlikdə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial -iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi və müvafiq DİM-lərin əsas hədəf və göstəricilərinə uyğun olaraq illik hesabatın hazırlanmasından ibarətdir.

Təşkilati Kontekst:

Sosial-iqtisadi məsələlər üzrə mütəxəssis Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi və beynəlxalq ekspertlərdən ibarət Komissiya tərəfindən açıq müsabiqə yolu ilə seçiləcəkdir. Seçilmiş namizədin əsas vəzifələri kimi DİM üzrə nəzərdə tutulmuş iqtisadi və sosial sahələri əhatə edən hədəflərə uyğun məlumatların toplanması, təhlili və yekun hesabatın hazırlanmasında iştirakdan ibarətdir. O öz hesabatlarını və təhlil nəticələrini qrup rəhbəri və Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbərinə məruzə edəcəkdir.

Öhdəliklər və məsuliyyət:

Sosial-iqtisadi məsələlər üzrə mütəxəssis Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nəzdində yaradılmış işçi qrupları, aidiyyəti dövlət qurumları və BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıqda olacaqdır.

Vakansiya üzrə əsas öhdəliklər aşağıdakılardır:

- Müxtəlif ölkələrin DİM-lər üzrə təcrübələrinin təhlili və onların milli konteksdə tətbiqi imkanlarına dair təkliflərin hazırlanması;

- DİM-üzrə (sosial və iqtisadi) müəyyən edilmiş məqsəd, hədəf və göstəricilərə uyğun olaraq milli prioritetlərin seçilməsi üçün təhlillərin aparılması;

- Aidiyyəti dövlət qurumlarından daxil olmuş statistik göstəriciləin sahələr üzrə qruplaşdırılması və rəqəm bazasının formalaşdırılması;

- DİM üzrə hesabatların hazırlanması üçün cəlb edilmiş beynəlxalq ekspertlərin işinin səmərəli təşkili üçün dəstəyin göstərilməsi;

- DİM üzrə ölkənin illik hesabatının hazırlanmasında iştirak (sosial və iqtisadi sahə üzrə);

- Peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək;

- Tələbə görə beynəlxalq və yerli səfərlərdə iştirak etmək;

- Katibliyin səmərəli fəaliyyətinin təşkili üçün rəhbərlik tərəfindən verilən gündəlik tapşırılqarın yerinə yetirilməsinin təmin edilməsi.

Bilik və bacarıqların inkişaf etdirmək: (Knowledge Management )

- Bilik və təcrübələri bölüşmək bacarığı;

- Yeni tələblərə uyğunlaşmaq və şəxsi özünüinkişaf bacarıqları;

Liderlik və özünüidarəetmə bacarıqları:

- Komandada işləmək bacarıqları;

- Qurumdaxili etik davranış qaydalarına riayət olunması.

- Dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi

Tələblər:

- İqtisadiyyat və idarəetmə, maliyyə istiqamətləri üzrə ali təhsil (magistr dərəcəsi, doktorantura təhsili üstünlük sayıla bilər);

- İqtisadi və sosial sahədə nəzəri-texniki biliklər;

- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;

- Ofis proqramlarında mükəmməl işləmək bacarığı;

- Azərbaycan, inglis və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti (başqa dilləri bilmək üstünlük sayıla bilər);

- Beynəlxalq təşkilatlarla, BMT İnkişaf Proqramı layihələrində iş təcrübəsinin olması üstünlük sayıla bilər.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Əmək kitabçasının surəti

- Ağ fonda rəngli fotoşəkil

- Ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

- Beynəlxalq təlimlərdə və konfranslarda iştirakı təsdiq edən sertifikatların surəti (əgər varsa)

- Kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) (yüklə *.pdf, *.doc )

Müsahibədə iştirak etmək istəyənlərin sənədləri 2017-ci il yanvarın 24-dən fevralın 6-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcəkdir.

Sənədlərin qəbulu üzrə məsul şəxs:

İzzət Salmanova

İqtisadi İslahatlar ETİ-nin Marketinq və koordinasiya şöbəsinin baş mütəxəssisi

Ünvan:

İqtisadi İslahatlar ETİ-nin inzibati binası

H.Zərdabi prospekti, 88a, AZ1011, 8-ci mərtəbə, otaq 805

Tel: +99412 4315795 (daxili: 3332)

Qeyd:

Seçimin nəticələrinə dair namizədlərin elektron poçt ünvanlarına sənədlərin qəbulu başa çatdığı gündən etibarən 2 həftə ərzində bildiriş göndəriləcəkdir.

Seçilməyən namizdələrin sənədləri geri qaytarılmır.

Ekoloji məsələlər üzrə vakant vəzifənin tutulması üçün elan

Azərbaycan Respublikasının

DAYANIQLI İNKİŞAF üzrə MİLLİ ƏLAQƏLƏNDİRMƏ ŞURASININ KATİBLİYİNİN

ekoloji məsələlər üzrə vakant mütəxəssis vəzifəsinin tutulması üçün

ELAN

Vəzifə: Ekoloji məsələlər üzrə 1 mütəxəssis

Müddət : 1 il (artırılması mümkündür)

Əmək haqqı : müsahibə əsasında bildiriləcəkdir.

İşə başlama tarixi: Mümkün qədər tez

Yerləşdiyi məkan : Bakı, Azərbaycan

Azərbaycan Respublikasının vətəndaşları üçün

İŞİN TƏSVİRİ

Layihə haqqında qısa xülasə:

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında 25 – 27 sentyabr 2015-ci il tarixlərdə 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə dair qərar qəbul edilmişdir. Yeni proqram universallıq, inteqrasiyalı yanaşma və heç kimin geridə buraxmamaq kimi prinsiplər üzərində qurulmuşdur. 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlikdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2016-ci ilin 6 oktyabr tarixli 1066 nömrəli Fərman ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və Şuranın Katibliyinin funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Katibliyin əsas funksiyaları heyət, ekspertlər və işçi qrupları ilə birlikdə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial – iqtisadi, ekoloji sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi və müvafiq DİM-lərin əsas hədəf və göstəricilərinə uyğun olaraq illik hesabatın hazırlanmasından ibarətdir.

Təşkilati Kontekst:

Ekoloji məsələlər üzrə mütəxəssis Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi və beynəlxalq ekspertlərdən ibarət Komissiya tərəfindən açıq müsabiqə yolu ilə seçiləcəkdir. Seçilmiş namizədin əsas vəzifələri kimi DİM üzrə nəzərdə tutulmuş ekoloji (ətraf mühit) sahələri əhatə edən hədəflərə uyğun məlumatların toplanması, təhlili və yekun hesabatın hazırlanmasında iştirakdan ibarətdir. O öz hesabatlarını və təhlil nəticələrini qrup rəhbəri və Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbərinə məruzə edəcəkdir.

Öhdəliklər və məsuliyyət:

Ekoloji məsələlər üzrə mütəxəssis Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının nəzdində yaradılmış işçi qrupları, aidiyyəti dövlət qurumları və BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıqda olacaqdır.

Vakansiya üzrə əsas öhdəliklər aşağıdakılardır:

- Müxtəlif ölkələrin DİM-lər üzrə təcrübələrinin təhlili və onların milli konteksdə tətbiqi imkanlarına dair təkliflərin hazırlanması;

- DİM-üzrə (ekoloji) müəyyən edilmiş məqsəd, hədəf və göstəricilərə uyğun olaraq milli prioritetlərin seçilməsi üçün təhlillərin aparılması;

- Aidiyyəti dövlət qurumlarından daxil olmuş statistik göstəriciləin sahələr üzrə qruplaşdırılması və rəqəm bazasının formalaşdırılması;

- DİM üzrə hesabatların hazırlanması üçün cəlb edilmiş beynəlxalq ekspertlərin işinin səmərəli təşkili üçün dəstəyin göstərilməsi;

- DİM üzrə ölkənin illik hesabatının hazırlanmasında iştirak (ekoloji sahə üzrə);

- Peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək;

- Tələbə görə beynəlxalq və yerli səfərlərdə iştirak etmək;

- Katibliyin səmərəli fəaliyyətinin təşkili üçün rəhbərlik tərəfindən verilən gündəlik tapşırılqarın yerinə yetirilməsinin təmin edilməsi.

Bilik və bacarıqların inkişaf etdirmək: (Knowledge Management )

- Bilik və təcrübələri bölüşmək bacarığı;

- Yeni tələblərə uyğunlaşmaq və şəxsi özünüinkişaf bacarıqları;

Liderlik və özünüidarəetmə bacarıqları:

- Komandada işləmək bacarıqları;

- Qurumdaxili etik davranış qaydalarına riayət olunması.

- Dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verilməməsi

İxtisas üzrə tələblər:

- Ekologiya, Ətraf mühitin iqtisadiyyatı istiqamətləri üzrə ali təhsil (magistr dərəcəsi, doktorantura təhsili üstünlük sayıla bilər);

- Ekoloji sahədə müxtəlif növ indekslərin hesablanması sahəsində nəzəri-texniki biliklər;

- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;

- Ofis proqramlarında mükəmməl işləmək bacarığı;

- Azərbaycan, inglis və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti (başqa dilləri bilmək üstünlük sayıla bilər);

- BMT İnkişaf Proqramı layihələrində iş təcrübəsinin olması üstünlük sayıla bilər.

← Geriyə