Xəbərlər

  • Yaradılıb 02.04.2018 17:38
  • Yenilənib 02.04.2018 17:38
  • Nəşr edilib 02.04.2018 17:35

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qusar rayonunda işgüzar forum keçirmişdir.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • startap və kənd turizmi layihələrinin  maliyyələşdirilməsi;
  • tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
  • müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması;
  • ixtisaslaşdırılmış “yaşıl maket” və logistik mərkəzin yaradılması;

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

← Geriyə