Xəbərlər

  • Yaradılıb 24.04.2018 14:36
  • Yenilənib 24.04.2018 14:36
  • Nəşr edilib 24.04.2018 14:35

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Hacıqabul rayonunda işgüzar forum keçirmişdir.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Hacıqabul rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

  • intensiv bağçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması;
  • kompozit və plastik qablaşdırma materialları və quru meyvə istehsalı müəssisələrinin yaradılması;
  • cins heyvandarlıq və taxıl anbarı komplekslərinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

← Geriyə