Tenderlər

  • Yaradılıb 30.11.2017 11:54
  • Yenilənib 30.11.2017 11:54
  • Nəşr edilib 27.10.2017 14:45

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

"Regionların inkişafına dəstək Qrant Proqramı" çərçivəsində "İqtisadiyyat Nazirliyi üçün sedan, yolsuzluq, yolsuzluq-pikap və servis tipli avtomobillərin satın alınması" layihəsinə dair açıq tender elan edir:

İşlərin yerinə yetirilməsi müddəti 6 aydır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: yüksək keyfiyyət, aşağı qiymət, çatdırılma müddəti, servis imkanları, xidmət personalı.
Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi
Əlaqələndirici şəxs: Günel Quliyeva, tel: 493-88-67 (daxili: 23-67)

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi
VÖEN: 1700012751
Hesab: AZ82CTRE00000000000002098501

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
Büdcə səviyyəsinin kodu: 7
İqtisadi təsnifat: 142340

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi
Telefon: 493-88-67; Faks: 498-85-19
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilər, sosial və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi və sosial müdafiə orqanlarından arayışlar;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti ( təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd;
- iddiaçının Bakı şəhərində servis mərkəzinin olmasını təsdiq edən sənəd;
- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış;
- iddiaçının ixtisas göstəricilərini təsdiq edən məlumatlar.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 noyabr 2017-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 8 dekabr 2017-ci il saat 17:00-dək İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi, 601-ci otaq) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 11 dekabr 2017-ci il saat 15:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

 

Tender Komissiyası

← Geriyə