Elanlar

  • Yaradılıb 28.12.2017 16:29
  • Yenilənib 28.12.2017 16:33
  • Nəşr edilib 27.12.2017 16:45

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 2017-2018-ci tədris ili üçün

 doktorantura və dissertanturaya qəbul elan edir

 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2017-2018-ci tədris ili üçün iqtisad elmlərinə aid ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • ərizə (direktorun adına);
  • kadrların şəxsi uçot vərəqi;
  • tərcümeyi-hal;
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə (işləyənlər üçün);
  • əmək kitabçasının surəti (iş stajı olanlar üçün);
  • çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (dissertanturaya sənəd verənlər isə seçdiyi ixtisas üzrə çap olunmuş elmi əsərlərin siyahısını təqdim etməlidirlər);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • fəlsəfə doktoru diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru hazırlığı üzrə);
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

      Sənədlər 2017-cı il dekabrın 28-dən yanvarın 22-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcəkdir.

 

2017-ci il üçün doktorantura və dissertanturaya

QƏBUL PLANI

İxtisasın

şifri

İxtisasın adı

Fəlsəfə doktoru hazırlığı üzrə

Elmlər doktoru hazırlığı üzrə

doktoranturaya qəbul planı

dissertanturaya qəbul planı

dissertanturaya qəbul planı

cəmi

о cümlədən:

cəmi

о cümlədən:

cəmi

о cümlədən:

büdcə

hesabına

ödənişli

əsaslarla

büdcə

hesabına

ödənişli

əsaslarla

büdcə

hesabına

ödənişli

əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

5301.01

Daxili fiskal siyasət və dövlət maliyyəsi

1

1

 

 

 

1

1

 

 

 

 

5302.01

Ekonometriya, iqtisadi statistika

2

1

1

 

 

1

1

 

1

1

 

5306.01

Texnoloji innovasiyalar iqtisadiyyatı

2

1

1

 

 

1

1

 

2

2

 

5309.01

Sənayenin təşkili və dövlət siyasəti

1

1

 

 

 

1

1

 

 

 

 

5310.01

Dünya iqtisadiyyatı

1

 

 

 

1

1

1

 

 

 

 

5312.01

Sahə iqtisadiyyatı

1

 

 

 

1

1

1

 

 

 

 

 

Cəmi:

8

4

2

 

2

6

6

 

3

3

 

 

Əlaqə telefonu: (+99412) 431 57 95 daxili (36-13);

Ünvan: AZ 1011, Bakı şəhəri, H. Zərdabi prospekti, 88-a

İnternet səhifəsi: http://www.ier.az

 

← Geriyə