Elanlar

  • Yaradılıb 09.02.2018 11:19
  • Yenilənib 09.02.2018 12:53
  • Nəşr edilib 14.12.2017 11:50

ELAN

 

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Azərbaycan Respublikasının milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq marşrut boyunca turizm infrastrukturunun inkişafını stimullaşdırmaq məqsədilə bu istiqamətdə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə layihələrin qəbuluna başlayır.

Sahibkarlar layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az

← Geriyə