Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:53
  • Yenilənib 14.01.2014 13:18
  • Nəşr edilib 25.09.2012 07:53

Sahibkarların elektron ticarətinin stimullaşdırılması

 

Sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsi kimi yaradılmış "elektron ticarət" portalını göstərmək olar. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycanda "elektron ticarət"in yaradılması sahəsində işlərin intensivləşdirilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilmişdir.

Tapşırığın icrasını təmin etmək üçün sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının sərbəst bazara çıxışının dəstəklənməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "elektron ticarət"lə bağlı veb portalı yaradılmışdır.

Portal Azərbaycanın ilk elektron ticarət portalı olaraq "B2B" (business to business) modeli əsasında qurulmuşdur. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən, bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir.

Portal, sahibkarlıq subyektlərinə biznes əlaqələrdə etibarlı vasitəçi, dünya biznesinə asan çıxış imkanının yaradılması missiyasını yerinə yetirir. Portaldan istifadə edilməsi iş adamlarına istehsal etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə məlumatların potensial alıcılara çatdırılması, biznes əlaqələrinin genişləndirilməsi və bazarlara sərbəst çıxış imkanlarını yaradır, bu məhsul və xidmətlərə alıcıların olan tələbatı barədə informasiyanı formalaşdırır. Müasir elektron informasiya mübadiləsi texnologiyaları əsasında qurulmuş "elektron ticarət" portalı sahibkarlara istehsal etdikləri məhsullar/göstərdikləri xidmətlər barədə məlumatları maraqlı tərəflərə təqdim etməyə və məhsul/xidmət alıcılarının tələbatları barədə informasiyanı əldə etməyə imkan verir. "Elektron ticarət" (E-trade) portalı, eyni zamanda istifadəçilərə satışla bağlı məlumat dəstəyi də göstərir.

"Elektron ticarət" (E-trade) portalı və portalda təklif edilən məhsullar/göstərdikləri xidmətlər barədə daha geniş məlumatları www.b2b.az internet səhifəsindən əldə edə bilərsiniz.

← Geriyə