Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:09
  • Yenilənib 06.02.2018 14:23
  • Nəşr edilib 01.10.2012 13:09

FAO

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır. Baş ofisi İtaliyanın Roma şəhərində yerləşir. Rəhbəri 1 yanvar 2012-ci il tarixindən Joze Qratsiano da Silvadır.

FAO əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış qurumudur. FAO 191 ölkədə fəaliyyət göstərir və 130-dan çox ölkədə nümayəndəliyə malikdir. FAO-nun Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri – Mələk Çakmakdır.  Azərbaycan 20 oktyabr 1995-ci il tarixindən FAO-nun üzvüdür. Azərbaycanda FAO-nun layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Əlaqələndirmə ofisinin səlahiyyətlərini 2015-ci ilin payızından etibarən Azərbaycandakı tərəfdaşlıq və əlaqələndirmə ofisi həyata keçirir. FAO təşkilatına üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf və fövqəladə hallara hazırlıq layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı bir çox çətinliklərin müsbət həlli üçün FAO-dan dəstək almışdır. 1995-2015-ci illərdə Azərbaycanda FAO tərəfindən 23 layihə həyata keçirilmişdir.

Hazırda FAO tərəfindən toxumçuluq, ekoloji təmiz kənd təsərrüfatı, heyvandarlıq, o cümlədən arıçılıq sahəsində məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, çəyirtkələrə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yönəlmiş 2 regional və 6 yerli olmaqla cəmi 8 layihə həyata keçirilir.

www.fao.org

Regional layihələr

1

“Çəyirtkələrlə bağlı vəziyyətin Qafqazda və Mərkəzi Asiyada milli və regional səviyyələrdə daha yaxşı idarə edilməsi istiqamətində”

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2013-2018

2

Biotəhlükəsizlik potensialının inkişaf etdirilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2015-2017

Yerli layihələr

1

Arıçılıqda məhsuldarlığın artırılması vasitəsilə Azərbaycanda kənd əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2015-2017

2

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institutional bacarıqların artırılması

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2014-2017

3

Milli Torpaq Konsolidasiya Strategiyası və Torpaq Konsolidasiyası Sınaq Layihənin Hazırlanmasına dəstək

 

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2016-2018

5

Azərbaycanda toxumçuluq sektorunun

inkişafına dəstək

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2015-2017

6

TCPF: Aqrar siyasətlərin və proqramların hazırlanması, monitorinq və qiymətləndirmə potensialının inkişaf

Benefisiar: Kənd Təsərrüfatı Nazirliyi

Müddət: 2016-2017

← Geriyə