Xəbərlər

  • Yaradılıb 31.05.2018 14:44
  • Yenilənib 31.05.2018 16:14
  • Nəşr edilib 31.05.2018 13:40

Gəncədə və Lənkəranda gənclər üçün seminar keçirilib

 

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 18 may–18 iyun tarixlərində elan edilmş "İnsan hüquqları aylığı" çərçivəsində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə və Lənkəranda gənclər üçün seminar keçirilib.

Seminarlarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, biznes fəaliyyətində müasir texnologiyalardan istifadə və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Seminarlarda iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

← Geriyə