Xəbərlər

  • Yaradılıb 20.03.2018 16:25
  • Yenilənib 20.03.2018 16:29
  • Nəşr edilib 19.03.2018 19:20

Gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub

 

Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb. 2000-2003-cü il təvəllüdlü və azyaşlılar və yeniyetmələr arasında keçirilən yarışlarda Azərbaycanın müxtəlif bölgələrindən 100-dən çox idmançı iştirak edib.
Stolüstü Tennis Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qalibləri və onların məşqçilərini təbrik edib. Qaliblərə mükafatlar təqdim olunub.
Tədbirdə həmçinin, bu ilin fevral ayında Riqada keçirilən 13 ölkənin təmsilçilərinin iştirak etdiyi yarışlarda bürünc medal qazanmış 9 yaşlı stolüstü tennisçimiz Mərziyyə Nurmətova Stolüstü Tennis  Federasiyası tərəfindən mükafatlandırılıb.

← Geriyə