Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:11
  • Yenilənib 06.02.2018 14:27
  • Nəşr edilib 01.10.2012 13:11

GIZ

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 1 yanvar 2011-ci il tarixində 1975-ci ildən fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) bazasında yaradılmışdır. Baş ofisi Almaniyanın Eşborn şəhərində yerləşir. Rəhbəri 1 iyul 2012-ci il tarixindən Tanya Gönnerdir.

GİZ Afrika, Asiya, Latın Amerikası, Aralıq dənizi ətrafı və Yaxın Şərq ölkələri, habelə Avropa, Qafqaz və Orta Asiya regionundakı 130 ölkədə fəaliyyət göstərir və 87 ölkədə nümayəndəliyə malikdir.

GIZ Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından 1995-ci ildən indiyədək Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycanda GIZ-in layihə əlaqələndirmə ofisi 2007-ci ildən fəaliyyət göstərir. Təşkilatın ölkə üzrə direktoru Sonya Fonteyndir.

Hazırda GIZ tərəfindən Azərbaycanda əsasən İdarəetmə və iqtisadi inkişaf , Enerji və ətraf mühit, istiqamətlərini əhatə edən 4 regional və 1 yerli layihə icra edilir.

Regional layihələr

1

Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək

Benefisiar: Ədliyyə Nazirliyi

Müddəti: 2015-2018

2

Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması

Benefisiar: Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Müddəti: 2015-2019

3

Cənubi Qafqazda yerli özünüidarəetməyə dəstək (II faza)

Benefisiar: Bələdiyyələrlə İş Mərkəzi, QHT-lər

Müddəti: 2017-2018

4

Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və texniki  peşə təhsili və təlimi

Benefisiar: İqtisadiyyat Nazirliyi

Müddəti: 2017-2020

Yerli layihələr

5

Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə ikitərəfli Proqram

Benefisiar: İqtisadiyyat Nazirliyi

Müddəti: 2009-2019

 

← Geriyə