Xarici mətbuatdan

  • Yaradılıb 11.01.2018 11:39
  • Yenilənib 11.01.2018 11:40
  • Nəşr edilib 04.01.2018 17:50

“Global Firepower”: Azərbaycan dünyanın neft ehtiyatı ilə zəngin 20-ci ölkəsidir

 

Azərbaycan neft ehtiyatı ilə zəngin dünyanın 20-ci ölkəsidir.
Bu barədə dünyanın neft ehtiyatına görə ən zəngin ölkələrinin yer aldığı “Global Firepower”in 2017-ci ilə dair hesabatında deyilir. Sıralamada Azərbaycan 7 milyard barrel neft ehtiyatı ilə 20-ci pillədə qərarlaşıb.
Siyahıya 300 milyard barrel neft ehtiyatı ilə Venesuela başçılıq edir. Üçlükdə 269 milyard barrel ehtiyatla Səudiyyə Ərəbistanı və 171 milyard barrellə Kanada qərarlaşıb.
İlk onluqda isə müvafiq olaraq 157,8 milyard barrel – İran, 143 milyard barrel – İraq, 104 milyard barrel – Küveyt, 98 milyard barrel - Birləşmiş Ərəb Əmirlikləri, 80 milyard barrel – Rusiya, 48,3 milyard barrel – Liviya, 37 milyard barrel – Nigeriya var.
ABŞ 36,5 milyard barrel neft ehtiyatı ilə 11-ci, Qazaxıstan 30 milyard barrellə 12-ci, Çin isə 25 milyard barrel ehtiyatla 13-cü sırada yer alıb.
Qeyd edək ki, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir.

http://www.aztv.az/readnews.php?lang=az&id=31233

 

← Geriyə