İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 01.10.2012 11:09
  • Yenilənib 07.11.2017 10:53
  • Nəşr edilib 01.10.2012 11:09

Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilat (GUAM)


Təşkilat 2006-cı il 23 may tarixində yaradılmışdır. Təşkilatın əsas məqsədləri demokratik dəyərlərin tanınması, qanunun aliliyinin və insan hüquqlarının, davamlı inkişafın təmin olunması, ümumi təhlükəsizlik mühitinin yaradılması üçün Avropaya inteqrasiyanın dərinləşməsi, həmçinin iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsidir.

"Ticarət və nəql etməyə yardım və azad ticarət zonasının fəaliyyəti haqqında" sənəd layihəsinin yerinə yetirilməsi GUAM çərçivəsində ən prioritet fəaliyyət istiqamətlərindən hesab olunur. Bu sənədin icrasının nəticələri 2007-ci ilin 18-19 iyun tarixlərində Bakıda keçirilmiş GUAM-ın Zirvə Toplantısında müzakirə olunmuşdur.

17-18 noyabr 2016-cı il tarixlərində Kiyevdə GUAM-ın İqtisadiyyat və ticarət üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

27 mart 2017-ci il tarixində Kiyevdə keçirilmiş GUAM-ın Hökumət Başçılarının növbəti görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması haqqında 20 iyul 2002-ci il tarixli Sazişin Razılığa gələn Tərəflərinin fəaliyyətini əlaqələndirən İşçi Orqanın yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanmışdır.

← Geriyə