Xəbərlər

  • Yaradılıb 27.06.2018 14:42
  • Yenilənib 27.06.2018 14:48
  • Nəşr edilib 27.06.2018 14:45

Hakimlərimiz Beynəlxalq dərəcəli hakim adına layiq görülüb

 

Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən Beynəlxalq dərəcəli hakim adını almaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb. Dünyanın müxtəlif ölkələrindən hakimlərin qatıldığı imtahanda iştirak edən Sara Sultanova və Xəyalə Qiyasova uğur qazanaraq Beynəlxalq dərəcəli hakim adına layiq görülüblər. Bununla da, stolüstü tennis üzrə beynəlxalq yarışları idarə etmək hüququ qazanan hakimlərimizin sayı 6-ya çatıb.

← Geriyə