Xəbərlər

  • Yaradılıb 05.04.2018 17:01
  • Yenilənib 05.04.2018 17:01
  • Nəşr edilib 05.04.2018 13:40

İqtisadiyyat nazirinin müavini İslam İnkişaf Bankının Müdirlər Şurasının Toplantısında iştirak edib

 

1-5 aprel tarixlərində Tunisdə İslam İnkişaf Bankının Müdirlər Şurasının 43-cü İllik Toplantısı keçirilib.
Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə çıxış edən Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən kompleks tədbirlər və genişmiqyaslı islahatlar nəticəsində əldə edilmiş nailiyyətlər, yaradılmış münbit iqtisadi şərait barədə məlumat verib, İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bildirib.

 

← Geriyə