Xəbərlər

  • Yaradılıb 14.06.2018 17:34
  • Yenilənib 14.06.2018 17:34
  • Nəşr edilib 13.06.2018 10:35

İqtisadiyyat Nazirliyində BMT ekspertləri ilə görüş keçirilib

 

 

Görüşdə İqtisadiyyat nazirinin müavini,  Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının sədri Sevinc Həsənova  müasir dövrdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi istiqamətində innovasiyanın əhəmiyyətini qeyd edib, ölkəmizdə bir sıra strateji sənədlərdə innovasiyaların təşviqi və həvəsləndirilməsi, innovasiya iqtisadiyyatının qurulmasının hədəf olaraq seçildiyini vurğulayıb. Bu baxımdan ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, yüksək əlavə dəyər yaradan sahələrin təşviqi, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə İqtisadiyyat Nazirliyi tərəfindən dayanıqlı inkişaf məqsədlərinin sahələri üzrə “Birinci Respublika İnnovasiya Müsabiqəsi” keçirilib. Bu işlərin davamı olaraq, prioritet olaraq müəyyənləşdirilmiş sahələr üzrə İkinci Respublika İnnovasiya Müsabiqəsinin elan olunub.

Görüşdə qabaqcıl ölkələrin bu sahədə təcrübəsi barədə fikir mübadiləsi aparlıb və ekspertlərin respublika innovasiya müsabiqəsinin keçirilməsinin təkmilləşdirilməsi istiqamətində təklifləri dinlənilib.

← Geriyə