İşə qəbul - elanlar

  • Yaradılıb 08.12.2017 16:10
  • Yenilənib 08.12.2017 16:17
  • Nəşr edilib 08.12.2017 16:00

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı daxili müsahibə

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti

· ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

· kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)

  • iki ədəd ağ fonlu rəngli fotoşəkil (6x4)

· son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 7 dekabr 2017-ci il tarixdən
21 dekabr 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aparılacaqdır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67, 310 28 00

 

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Daxili nəzarət şöbəsi

Sektorun adı:

İnzibati-təşkilati və preventiv məsələlər sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

530 manat

Vəzifə təsnifatı:

İnzibati vəzifələrin 5-ci təsnifatı

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küçəsi 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

· Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

· Nazirliyin strukturlarında daxili nəzarət sisteminin tətbiqinə dair əməli və metodiki layihələrin hazırlanmasında iştirak etmək;

· Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və monitorinqlərin planlarını tərtib etmək;

· Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də strateji yol xəritələrinin (milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri istisna olmaqla), Nazirlər Kabinetinin qərar və sərəncamlarının, nazirin və onun müavinlərinin əmr, sərəncam və göstərişlərinin, digər normativ aktlar və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların, habelə digər dövlət orqanlarının sorğularının icrasını Nazirliyin strukturlarında yoxlayaraq, nəticəsi barədə arayış tərtib etmək, Nazirliyin strukturlarının əməkdaşları tərəfindən bu məsələlərin icra olunmasına müntəzəm nəzarətin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

· Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl olunması üçün müvafiq tədbirlər görmək;

· Nazirliyin strukturlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və düzgün icra edilməsinin mütəmadi olaraq təhlilini aparmaq, icra vəziyyətini yoxlamaq və nəticəsi barədə aidiyyəti üzrə məlumat vermək;

· Nazirliyin əməkdaşları tərəfindən törədilmiş hüquq pozuntularını ümumiləşdirərək təhlil etmək;

· Nazirliyin əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar almaq;

· Nazirliyin strukturları üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparılmasında iştirak etmək;

· Nazirliyin strukturlarının fəaliyyətində işlərin koordinasiyalı təşkilinə dair təkliflər vermək;

· Nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi məqsədi ilə digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsində iştirak etmək;

· şöbənin iş planının, Nazirliyin Kollegiyasında məruzə olunmalı aidiyyəti məsələlərin, xidməti sənədlərin və hesabatların, iqtisadiyyat nazirinin əmr və digər təşkilati-sərəncamverici sənədlərinin layihələrini hazırlamaq;

· icraatına verilmiş ərizə, təklif və şikayətlərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasını təmin etmək;

· qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

İxtisas tələbləri:

Hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil

Staja dair tələb:

Azı 1 il iş stajı

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Təşəbbüskarlıq:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərar vermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

Dövlət dilində mükəmməl və qüsursuz yazmaq qabiliyyəti:

Yüksək

Müstəqil işləmək qabiliyyəti:

Yüksək

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Daxili nəzarət şöbəsi

Sektorun adı:

Strateji yol xəritələri ilə iş sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 manat

Vəzifə təsnifatı:

İnzibati vəzifələrin 5-ci təsnifatı

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küçəsi 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

Baş məsləhətçi, böyük məsləhətçi

Qulluq funksiyaları:

· sektorun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, əməkdaşların fəaliyyətini əlaqələndirmək, tabeliyində olan əməkdaşlar arasında cari iş bölgüsünü aparmaq, əmək, icra və xidmət intizamına riayət olunmasını təmin etmək;

· Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərin təşkilində və həyata keçirilməsində iştirak etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu tədbirlər, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələri üzrə ümumi nəzarətin, metodiki-inzibati və əməli rəhbərliyin təşkilini və həyata keçirilməsini təmin etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə cari nəzarəti təşkil və təmin etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası zamanı yaranan problemlərin təhlil edilməsini və vaxtında aradan qaldırılmasına dair təkliflərin verilməsini, icra intizamında risklərin qiymətləndirilməsi və preventiv inzibati tədbirlərin görülməsini təşkil etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri üzrə məsul şəxslər tərəfindən tədbirlərin icra vəziyyətinə dair aylıq və rüblük məlumatların “Strateji yol xəritələrinin icrasına elektron nəzarət” portalında (bundan sonra - Portal) mütəmadi olaraq yerləşdirilməsinə nəzarəti təmin və təşkil etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində aidiyyəti tədbirlərin icrası zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə icraçı struktur bölmələrin rəhbərlərindən, əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatların alınmasını təşkil etmək və müvafiq tədbirlərin görülməsi üçün şöbənin rəhbərliyi qarşısında məsələ qaldırmaq;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri üzrə icraçı struktur bölmələrlə cari əlaqələndirmə işlərini, eləcə də səmərəliliyin daha da artırılması üçün aidiyyəti dövlət orqanları və koordinasiya qurumu ilə mərkəzləşdirilmiş və əlaqəli əməkdaşlığı təşkil etmək;

· Portalda yerləşdirilmiş məlumatların rüblük monitorinqini, təhlilini və qiymətləndirilməsini təmin və təşkil etmək, nəticələrinin iqtisadiyyat nazirinə məruzə olunması, eləcə də həmin məlumatların ümumiləşdirilərək tələb olunan müddət ərzində aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;

· şöbənin iş planının hazırlanmasında iştirak etmək və milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası ilə bağlı Nazirliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən edərək, bu barədə təklifləri baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək, xidməti sənədlərin və hesabatların layihələrinin hazırlanmasını təşkil etmək;

· Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarəti həyata keçirmək;

· sektorun fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

· Nazirliyin sturukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsini təşkil etmək;

· sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına cari nəzarəti həyata keçirmək;

  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

İxtisas tələbləri:

Hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil

Staja dair tələb:

Azı 3 il iş stajı

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Təşəbbüskarlıq:

Yüksək

Xarici dil bilikləri:

Rus dili – orta səviyyədə

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

Dövlət dilində mükəmməl və qüsursuz yazmaq qabiliyyəti:

Yüksək

Müstəqil işləmək qabiliyyəti:

Yüksək

Liderlik xüsusiyyəti:

Yüksək

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Daxili nəzarət şöbəsi

Sektorun adı:

Strateji yol xəritələri ilə iş sektoru

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

540 manat

Vəzifə təsnifatı:

İnzibati vəzifələrin 5-cı təsnifatı

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küçəsi 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

· Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilində və həyata keçirilməsində iştirak etmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu tədbirlər, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələri üzrə ümumi nəzarəti, metodiki-inzibati və əməli rəhbərliyi həyata keçirmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində aidiyyəti tədbirlərin icrası zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların baş vermə səbəblərini və şəraitini müəyyənləşdirmək, aradan qaldırılması prosedurları barədə şöbənin rəhbərliyinə təkliflər vermək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə nəzarət etmək;

· Nazirliyin fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının və müvafiq iş planlarının layihələrinə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindəki aidiyyəti tədbirlərin daxil edilməsinə cari nəzarəti həyata keçirmək;

· milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası ilə bağlı Portalda yerləşdirilmiş məlumatların rüblük monitorinqini, təhlilini və qiymətləndirilməsini həyata keçirərək, iqtisadiyyat nazirinə məruzə eləmək, eləcə də həmin məlumatların ümumiləşdirilərək tələb olunan müddət ərzində aidiyyəti üzrə təqdim etmək;

· Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarəti həyata keçirmək;

· Nazirliyin əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar almaq;

  • əmək, icra və xidmət intizamına əməl olunmasına nəzarəti həyata keçirmək;

· şöbənin iş planının, Nazirliyin Kollegiyasında məruzə olunmalı məsələlərin, xidməti sənədlərin və hesabatların, əmr və digər təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq;

· məlumat, nəzarət və icra üçün daxil olmuş sənədləri qəbul edərək onlarla tanış olmaq, icra xarakterli sənədlərin müəyyən edilmiş müddətlərdə və qaydada icrasını təmin etmək;

  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

İxtisas tələbləri:

Hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil

Staja dair tələb:

Azı 2 il iş stajı

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Təşəbbüskarlıq:

Yüksək

Xarici dil biliklər:

Rus dili – orta səviyyədə

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

Dövlət dilində mükəmməl və qüsursuz yazmaq qabiliyyəti:

Yüksək

Müstəqil işləmək qabiliyyəti:

Yüksək

Liderlik xüsusiyyəti:

Orta

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi

Sektorun adı:

Makroiqtisadi proqnozlaşdırma və təhlil sektoru

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

540 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı ş.,Ü. Hacıbəyli, 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

· Ölkənin sosial-iqtisadi vəziyyətinin inkişaf dinamikasını təhlil etmək;

· orta müddətli proqnoz göstəricilərini hazırlamaq;

· əsas makro blokların (real, fiskal, tədiyyə balansı, monetar) hər birində baş verən dəyişiklikləri yaxından öyrənərək sahələrarası əlaqələrin monitorinqinin aparılması;

· ölkə və dünya iqtisadiyyatına dair makroiqtisadi təhlillərin aparılması və bu təhlillərin əsasında müvafiq materialların və təkliflərin verilməsi;

· iqtisadiyyatın neft sektorunun mövcud vəziyyətini təhlil etmək və müvafiq arayışlar hazırlamaq;

· Azərbaycan Respublikası ilə tərəfdaş ölkələr arasında baş verən iqtisadi prosesləri yaxından izləyərək həmin ölkələrdə iqtisadi dəyişikliklərin ölkəyə mümkün təsirini təhlil etmək;

· makroiqtisadi modellərin işlənib hazırlanmasında iştirak və bu istiqamətdə müvafiq təkliflərin verilməsi;

· sektorun fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasında iştirak;

· əsas makroiqtisadi göstəricilərin aylıq monitorinqinin hazırlanması;

· makroiqtisadiyyatın müvafiq bölmələri üzrə məlumat bazasının formalaşdırılması və onun mütəmadi olaraq yenilənməsi;

· hasil olunan və ixrac edilən neft və qaz həcmlərinə dair aylıq məlumatların işlənilməsi;

· səlahiyyətləri daxilində sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması;

· vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi;

· peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə və ya riyaziyyat ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə azı 2 il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları.

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə, E-views – orta səviyyədə

Xarici dil bilikləri:

Rus dili – Orta səviyyədə

İngilis dili - Orta səviyyədə (əlavə xarici dil biliyinə üstünlük verilir)

Təşkilatçılıq səriştəsi:

Orta

Problem həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

İqtisadi və sosial sahələrin inkişafı şöbəsi

Sektorun adı:

Qeyri-neft sahələrinin inkişafı sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 manat

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı ş., Ü. Hacıbəyov, 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

2 nəfər baş məsləhətçi, 1 nəfər aparıcı məsləhətçi, 2 nəfər məsləhətçi

Qulluq funksiyaları:

- müvafiq dövlət orqanları ilə birlikdə iqtisadi, o cümlədən qeyri-neft sahələri üzrə iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak etmək;

- iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqramların hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək və digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq;

- iqtisadiyyatın qeyri-neft sahələri üzrə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq, o cümlədən bu tənzimlənmə tədbirlərinin əsaslandığı müvafiq qanun, fərman, qərar və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy hazırlamaq;

- iqtisadiyyatda innovasiya və texnoloji inkişaf siyasətinin formalaşmasında iştirak etmək;

- iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf meyilləri ilə bağlı araşdırmalar aparmaq, analitik hesabatlar və təkliflər hazırlamaq;

- iqtisadiyyatın qeyri-neft sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, bu sahələr üzrə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində təkliflər hazırlamaq;

- ölkənin energetika sektoru üzrə strateji inkişaf planlarının, konsepsiyaların və proqramların, eləcə də illik yanacaq-enerji balanslarının hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq;

- nazirliyə təqdim edilən məlumatlar əsasında ölkədə enerji daşıyıcıları istehsal edən dövlət müəssisələrinin fəaliyyətini təhlil etmək və həmin müəssisələrin perspektiv inkişafı üzrə təqdim edilmiş layihələrə münasibət bildirmək;

- ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqramların, eləcə də həmin sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək və digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq;

- rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda, işçi qruplarda və digər müvafiq tədbirlərdə nazirliyi təmsil etmək;

- sektorun əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun məlumat bazalarının tərtib olunmasına və mütəmadi yenilənməsinə nəzarət etmək;

- sektorun iş planlarını hazırlamaq, sektorun fəaliyyətinə ümumi nəzarət etmək, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya və etmək;

- peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək, eyni zamanda, sektorun əməkdaşlarının lazımi istiqamətlərdə bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər görmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

müvafiq sahədə ixtisası üzrə ən azı 3 il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – orta səviyyədə

İngilis dili – orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Sənaye şöbəsi

Sektorun adı:

Sənaye siyasəti sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

530 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

- Ölkə sənayesinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək, Azərbaycan və dünya sənayesində baş verən dəyişikliklərin təhlilini və icmalını aparmaq;

- Sənayenin inkişafı istiqamətində müvafiq normativ-hüquqi aktların, strategiya və proqramların hazırlanmasında iştirak etmək;

-Sənaye sahəsi üzrə qəbul edilmiş dövlət proqramları, tədbirlər planları və digər sənədlərdə nəzərdə tutulan işlərin yerinə yetirilmə vəziyyəti haqqında məlumatları toplamaq və nəticələrinə dair icmallar hazırlamaq;

- Sənaye sektorunun inkişafı və islahatı prioritetlərinin müəyyən olunmasına dair, onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətinin təhlilinə dair arayışlar hazırlamaq;

- Sənaye sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasında və genişləndirilməsində iştirak etmək;

- Yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin stimullaşdırılması və dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

- Sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

-Azərbaycan sənayesi üzrə rüblük və illik məlumatları toplamaq, bu məlumatların təhlilini aparmaq, sənaye üzrə ümumi arayışlar hazırlamaq;

-Şöbənin fəaliyyət istiqamətləri üzrə Nazirliyin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında, sənaye sahəsində yaradılan məlumat bazasının müntəzəm şəkildə yenilənməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;

-Zərurət olduqda sektor müdirinin vəzifələrini icra etmək;

-Müvafiq komissiyaların və işçi qruplarının işində iştirak etmək;

-Sektorun iş planlarının hazırlanmasında iştirak etmək;

-Sektora daxil olan məktubları cavablandırmaq və digər sənədlərin icrasında iştirak etmək.

Təhsilə dair tələblər:

Ümumi iqtisadiyyat, Mühəndis iqtisadiyyatı və idarəetmə, Hüquqşünaslıq, Beynəlxalq hüquq, Texniki, Təbiət-Texniki istiqamətlər, Beynəlxalq münasibətlər və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə ali təhsil

İş stajına dair tələblər:

İxtisası üzrə 1 (bir) il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları.

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Xarici dil biliklərinə dair tələb:

Rus dili – Orta səviyyədə

İngilis dili – Orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərar vermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Mənzil-kommunal siyasəti şöbəsi

Sektorun adı:

Normativ-metodiki təminat və icmal sektoru

Vəzifənin adı:

Aparıcı məsləhətçi

Vəzifə maaşı:

520 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü. Hacıbəyov küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

- mənzil-kommunal təsərrüfatı sahəsinin fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün dövlət proqramlarının və normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ-hüquqi aktların layihələrinə münasibət bildirmək;

- dövlət büdcəsinin formalaşdırılması üçün mənzil-kommunal təsərrüfatı sahəsi üzrə proqnoz göstəricilərin hazırlanmasında iştirak etmək;

- müvafiq sahənin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq və analitik hesabatlar hazırlamaq;

- mənzil-kommunal təsərrüfatı sahəsinin inkişaf strategiyaları və məqsədli proqramların hazırlanmasında iştirak etmək;

- müvafiq sahənin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq və analitik hesabatlar hazırlamaq;

- kommunal təsərrüfatı sahəsi üzrə müvafiq xidmət tariflərinin və məhsulların qiymətlərinin səviyyəsini təhlil etmək, onların aidiyyəti qaydada tənzimlənməsi barədə təkliflər vermək;

- dövlət mənzil fondunun inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

- peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək.

- rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda nazirliyi təmsil etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə ali təhsil

Staja dair tələb:

yoxdur

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

rus dili – orta səviyyədə

ingilis dili - orta səviyyədə

Təhlil etmə qabiliyyəti:

orta

Təşkilatçılıq səriştəsi:

orta

Problemi həll etmək səriştəsi:

orta

Qərarvermə qabiliyyəti:

orta

Ünsiyyət qabiliyyəti:

orta

Yaradıcılıq və təşəbbüskarlıq:

orta

 

 

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi

Sektorun adı:

Xarici investisiyalar sektoru

Vəzifənin adı:

Aparıcı məsləhətçi

Vəzifə maaşı:

520 manat

Vəzifə təsnifatı:

İnzibati vəzifələrin 5-ci təsnifatı

İş yerinin ünvanı:

Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət Evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

yoxdur

Qulluq funksiyaları:

· xarici investisiya layihələri üzrə inves­torlar tərəfindən təqdim olunmuş sazişlərin, müqavilələrin, anlaşma memorandumlarının və digər sənəd layihələrinin təh­lil edilməsi və müvafiq rəylərin hazırlanması;

· Azərbaycanın investisiya potensialının araşdırılması və prioritet istiqamətlərin müəyyən edilməsi, investisiya imkanları barədə xarici investorların məlumatlandırılması;

· xarici investisiya statistikası üzrə təhlilərin aparılması;

· Azərbaycan Respublikasında xarici və yerli investorların fəaliyyətinin əlaqələn­dirilməsinin təşkil edilməsi;

· xarici investisiya layihə­lərinin ha­zırlanması və həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsi;

· qabaqcıl təcrübənin öy­rə­nilməsi ilə bağlı xaricdə keçirilən investisiya forumlarının, konfranslarının, seminarlarının, digər tədbirlərin işində iştirak;

· İqtisadiyyat Nazirliyi və xarici investorlar arasında keçirilən görüşlərin təşkil edilməsi və müxtəlif tədbirlərin həyata keçirilməsi;

· xarici ölkələr ilə birgə biznes sərgi və forumların təşkil olun­ması ilə bağlı digər tədbirlərin həyata keçirilməsi;

· Hökumətlərarası İqtisadi Komissiyaların Protokollarında xarici investisiyalara dair nəzərdə tutulmuş aidiyyəti bəndlərin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi;

· Nazirliyə daxil olan müra­ciətlərə aidiyyəti üzrə baxılması, ca­vablandırılması və s.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları.

Staja dair tələb:

 

Kompüter biliklərinə dair tələblər:

MS Windows, MS Office, İE, proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

Təşkilatçılıq səriştəsi:

Orta

Təşəbbüskarlıq:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi

Sektorun adı:

Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

540 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli 84. Hökumət Evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

- Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq istiqamətində müvafiq tədbirlərin görülməsi;

- Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq yerli hökumət orqanları və beynəlxalq təşkilatlarla əlaqələndirməni təşkil etmək;

- Sektora müxtəlif yerli və xarici təşkilatlardan daxil olan məktubların müvafiq qaydada icra etmək;

- Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığa dair arayışları hazırlanmaq;

- Beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişləri, müqavilələri, anlaşma memorandumlarını və digər sənəd layihələrini təhlil etmək və müvafiq rəylər hazırlamaq;

- Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xaricdə keçirilən forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək;

- Nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması və aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək;

- Zərurət olduqda sektor müdirinin vəzifələrini icra etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri, Hüquqşünaslıq, Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və Politologiya ixtisasları üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə azı 2 il.

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)

Xarici dil bilikləri:

ingilis dili (yüksək səviyyədə )

rus dili (yüksək səviyyədə)

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

 

 

Dövlət orqanının adı:

İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Dağlıq Şirvan regional bölməsi

(Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları)

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

310 manat

Vəzifə təsnifatı:

7-ci təsnifat

İş yerinin ünvanı:

Şamaxı rayonu, H.Əliyev küçəsi 23

Bilavasitə tabe olduğu şəxs:

bölmə müdiri

Tabeliyində olan əməkdaşlar:

 

Qulluq funksiyaları:

- müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;

- müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;

- müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının hə-yata keçirilməsində iştirak;

- bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında isti­rak;

- səlahiyyətləri daxilində bölməyə daxil olan müra­ciətlərin araşdırılması, cavablandırılması və s.

İxtisas tələbləri:

iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

 

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)

Xarici dil bilikləri:

 

Təşkilatçılıq səriştəsi:

Orta

Problemi həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Orta

← Geriyə