İşə qəbul - elanlar

  • Yaradılıb 08.12.2017 16:22
  • Yenilənib 08.12.2017 16:36
  • Nəşr edilib 28.08.2017 16:20

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı daxili müsahibə

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  • iki ədəd ağ fonlu rəngli fotoşəkil (6x4)
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 28 avqust 2017-ci il tarixdən
11 sentyabr 2017-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

    Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

        Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilə bilər.

Telefonlar:   493 88 67, 310 28 00

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Sənaye şöbəsi

Sektorun adı:

Sənaye siyasəti sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

3 (üç) nəfər

Qulluq funksiyaları:

-Sektorun fəaliyyətini əsasnaməni rəhbər tutaraq təşkil etmək, işin icrasına nəzarəti həyata keçirmək, iş planlarının tərtib edilməsini təmin etmək, sektor daxilində iş intizamını yüksək səviyyədə saxlamaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görmək;

-Azərbaycan və dünya sənayesində baş verən dəyişikliklərin təhlilini və icmalını aparmaq, dünyada baş verən iqtisadi prosesləri fəaliyyət istiqamətləri üzrə təhlil etmək və həmin proseslərin ölkə sənayesinə təsirini qiymətləndirmək, sənaye sahəsində yaradılan məlumat bazasının müntəzəm şəkildə yenilənməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək, ölkə sənayesinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təklifləri hazırlayıb təqdim etmək;

-Sənaye sahəsində dövlət siyasətinin hazırlanması və sənayedə innovasiya və elmi-texniki siyasətin formalaşdırılması ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;

-Ölkə iqtisadiyyatında, o cümlədən sənayesində struktur siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təklifləri hazırlayıb təqdim etmək;

-Sənayenin inkişafı istiqamətində müvafiq normativ-hüquqi aktların, strategiya və proqramların hazırlanmasında iştirak etmək;

-Sənaye sektorunun inkişafı və islahatı prioritetlərinin müəyyən olunmasına dair arayışların hazırlanmasını təmin etmək, sənayenin gələcək inkişafının proqnozlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təşkil etmək;

-Sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;

-Sənaye sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasını və genişləndirilməsini təşkil etmək.

-Ölkənin sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini genişləndirmək məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;

-Nəzərdə tutulan iri və strateji iqtisadi layihələrin ölkə sənayesinin inkişaf strategiyasına uyğunluğunu təhlil etmək;

-Yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin stimullaşdırılması və dəstəklənməsi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;

-Şöbənin fəaliyyət istiqamətləri üzrə Nazirliyin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;

-Sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək.

Təhsilə dair tələblər:

 

Ümumi iqtisadiyyat, Mühəndis iqtisadiyyatı və idarəetmə, Hüquqşünaslıq, Beynəlxalq hüquq, Texniki, Təbiət-Texniki istiqamətlər, Beynəlxalq münasibətlər və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə ali təhsil

İş stajına dair tələblər:

İxtisası üzrə 4 (dörd) il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Xarici dil biliklərinə dair tələb:

Rus dili – Orta səviyyədə

İngilis dili – Orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərar vermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Sahibkarlığın inkişafı siyasəti şöbəsi

Sektorun adı:

Sahibkarlığın dəstəklənməsi və təşviqi sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

530 AZN

Vəzifə təsnifatı:

İnzibati vəzifələrin 5-ci təsnifatı

İş yerinin ünvanı:

Bül-Bül prospekti, 20

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

  • Sahibkarlığın dəstəklənməsi, təşviqi və inkişafı sahələrində təkliflər hazırlamaq;
  • sahibkarlığın dəstəklənməsi, təşviqi və inkişafı sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • dövlət-sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • sahibkarlıq subyektlərinin istehsal etdiyi malların və göstərdiyi xidmətlərin xarici bazarlara çıxarılması ilə bağlı lazım olan əlverişli şəraitin yaradılması üçün təkliflər vermək;
  • sahibkarlığın inkişafı, təşviqi, dəstəklənməsi sahələrində mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının əməkdaşlığının yaradılmasına və inkişafına dair təkliflər vermək;
  • Nazirliyin strukturları tərəfindən sahibkarlığın təşviqi, dəstəklənməsi və s. sahələrdə həyata keçirilən tədbirlərdə səlahiyyətləri daxilində iştirak etmək, digər dövlət orqanları tərəfindən aidiyyəti tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • sahibkarlığın inkişafı, təşviqi və dəstəklənməsi sahələrində digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • sahibkarlığın inkişafı, təşviqi və dəstəklənməsi ilə bağlı arayış və hesabatlar hazırlamaq.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə 1 (bir) il

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – Yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – Orta səviyyədə

İngilis dili və ya başqa xarici dil – Orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Orta

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

Təşəbbüskarlıq:

Yüksək

Dövlət dilində mükəmməl və qüsursuz yazmaq qabiliyyəti:

Yüksək

Müstəqil işləmək bacarığı:

Orta

Təhlil və proqnozlaşdırma:

Orta

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Mənzil-kommunal siyasəti şöbəsi

Sektorun adı:

Kommunal siyasəti sektoru

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

540 manat

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü. Hacıbəyov küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

- dövlət büdcəsinin formalaşdırılması üçün kommunal təsərrüfatı sahəsi üzrə sosial-iqtisadi inkişaf konsepsiyasının, proqnoz göstəricilərin hazırlanmasında iştirak etmək;

- dövlətin iqtisadi və sosial siyasətinə uyğun olaraq kommunal təsərrüfatı sahəsində islahatların aparılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək; 

- aidiyyəti struktur bölmələri ilə birlikdə kommunal sahədə fəaliyyət göstərən iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının razılaşdırılmasında və icrasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

 - kommunal təsərrüfatı sahəsinə aid xidmətlərin tariflərinin və  məhsulların qiymətlərinin səviyyəsini təhlil etmək, onların müvafiq qaydada tənzimlənməsi barədə təkliflər vermək;

- kommunal təsərrüfatı sahəsi üzrə normativ və metodiki sənədlərin hazırlanmasında iştirak etmək;

 - kommunal təsərrüfatı sahəsində göstərilən xidmətlərin təhlili əsasında onların təkmilləşdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təkliflər hazırlamaq;

- kommunal təsərrüfatı sahəsinin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq və analitik hesabatlar hazırlamaq;

- peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək;

- rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda nazirliyi təmsil etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə, texniki istiqamətlər üzrə ali təhsilli

Staja dair tələb:

İxtisası üzrə azı 2 il

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

rus dili – orta səviyyədə

ingilis dili - orta səviyyədə

Təhlil etmə qabiliyyəti:

yüksək

Təşkilatçılıq səriştəsi:

orta

Problemi həll etmək səriştəsi:

orta

Qərarvermə qabiliyyəti:

orta

Ünsiyyət qabiliyyəti:

orta

Yaradıcılıq və təşəbbüskarlıq:

orta

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Səfərbərlik hazırlığı

Sektorun adı:

Nəzarət və icmal sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı ş., Ü. Hacıbəyli küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

2 nəfər

Qulluq funksiyaları:

  • rəhbərlik etdiyi sektorun əməkdaşları barəsində təqdimatlar hazırlamaq;
  • şöbənin fəaliyyət istiqamətləri və vəzifələri ilə bağlı icmallaşdırma və hesabatların hazırlanması işini aparmaq;
  • şöbənin fəaliyyət istiqamətləri və vəzifələri üzrə planların, proqramların icrasının əlaqələndirilməsini və onların icrasına nəzarəti təmin etmək;
  • şöbənin fəaliyyət istiqamətləri və vəzifələri üzrə normativ hüquqi aktların və digər sənədlərin və məktubların layihələrinin hazırlanmasını təmin etmək;
  • şöbənin fəaliyyət istiqamətləri və vəzifələri üzrə dövlət orqanlarına və təşkilatlara metodiki və əməli köməklik göstərmək;
  • şöbənin fəaliyyət istiqamətləri və vəzifələri üzrə təkliflərin hazırlanmasını, habelə şöbəyə daxil olmuş təkliflərə, normativ hüquqi aktların və digər sənədlərin layihələrinə baxılaraq rəy və təkliflərin verilməsini, habelə aidiyyəti digər tapşırıqların icrasını təmin etmək;
  • İqtisadiyyat Nazirliyini dövlət orqanlarında və qeyri-dövlət qurumlarında təmsil etmək və s.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə azı 3 il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s.- yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili - orta səviyyədə,

İngilis dili - orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək səviyyədə

Problemi həll etmək səriştəsi:

Yüksək səviyyədə

Qərar vermə qabiliyyəti:

Yüksək səviyyədə

Ünsiyyət qabiliyyəti:

Yüksək səviyyədə

 

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

İqtisadi və sosial sahələrin inkişafı şöbəsi

Sektorun adı:

İnfrastruktur sahələrinin inkişafı sektoru

Vəzifənin adı:

Aparıcı məsləhətçi

Vəzifə maaşı:

520 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Bakı ş., Ü. Hacıbəyli küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

  • nəqliyyat sahələrinin inkişaf siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, dövlət tənzimlənməsi, islahatlar çərçivəsində idarəetmənin və strukturun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • nəqliyyat sahələri üzrə iqtisadi – sosial inkişaf proqnozlarının hazırlanması, dövlət büdcəsinin formalaşdırılması üçün büdcə zərfinə daxil olan göstəricilərin müəyyənləşdirilməsində iştirak etmək;
  • nəqliyyat sahələrinin inkişaf strategiyaları, konsepsiyaları və proqramlarının, eləcə də hüquqi-normativ sənədlərin tərtib edilməsi üçün təkliflərin  hazırlanmasında iştirak etmək;
  • nəqliyyat sahələrinin inkişafına dair investisiya layihələrinin texniki-iqtisadi əsaslandırma sənədlərinin qiymətləndirilməsi, inkişaf layihələrinin tərtibi, həyata keçirilməsi ilə bağlı məsələlərin həll edilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • nəqliyyat sahəsində beynəlxalq müqavilə və sazişlərin tərtib edilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • nəqliyyat sahələrinin inkişafına dair layihələrin və tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan komissiya, komitə və işçi qrupların işində, eləcə də iclaslarda, konfranslarda və digər tədbirlərdə iştirak etmək;
  • peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə və ya texniki ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

Yoxdur

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları.

 

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – Orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Orta səviyyədə

Problemi həll etmək səriştəsi:

Orta səviyyədə

Qərarvermə qabiliyyəti:

Orta səviyyədə

Ünsiyyət qabiliyyəti:

Yüksək səviyyədə

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Dayanıqlı inkişaf şöbəsi

Sektorun adı:

Dayanıqlı sosial-iqtisadi inkişaf məsələləri sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

1 baş məsləhətçi, 1 böyük məsləhətçi, 1 aparıcı məsləhətçi

Qulluq funksiyaları:

müvafiq dövlət orqanları ilə birlikdə dayanıqlı inkişafın iqtisadi və sosial istiqamətləri üzrə siyasətin işlənib hazırlanması, həyata keçirilməsi və müvafiq sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsində iştirak etmək;

Dayanıqlı İnkişaf Məqsədlərinin iqtisadi və sosial məsələlər üzrə dövlət orqanları, təşkilatları və müəssisələrinin nümayəndələrindən təşkil olunmuş sosial və iqtisadi sahələr üzrə İşçi Qruplarının fəaliyyətini əlaqələndirmək;

Azərbaycanda dayanıqlı inkişafının qiymətləndirilməsi üçün göstəricilər sisteminin hazırlanmasında iştirak etmək;

Dayanıqlı İnkişaf  Məqsədləri üzrə ölkə prioritetlərə uyğun seçilmiş məqsəd, hədəf və göstəricilər üzrə illik yekun hesabatın hazırlanmasını təşkil etmək;

Dayanıqlı İnkişaf Məqsədləri üzrə aidiyyəti dövlət qurumlarından daxil olmuş məlumatların iqtisadi-sosial sahə üzrə qruplaşdırmaq və statistik bazanı formalaşdırmaq;

Dayanıqlı İnkişaf Məqsədlərinə dair siyasətin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı qanun və digər normativ-hüquqi aktların layihələrini işləyib hazırlamaq, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ-hüquqi aktların layihələrinə rəy vermək və aidiyyəti üzrə təqdim etmək;

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə iqtisadi və sosial sahələri əhatə edən strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihələrinə dair təkliflərin hazırlanması;

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə əlaqədar dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətini əlaqələndirməsində iştirak etmək;

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi çərçivəsində iqtisadi və sosial istiqamətlər üzrə yaradılmış İşçi Qruplarının fəaliyyətini əlaqələndirmək və müştərək iş planları və onların icrası ilə bağlı təkliflər vermək;

sektora daxil olmuş sənədlərin və rəhbərlik tərəfindən        verilmiş tapşırıqların icrasını təmin etmək;

sektorun fəaliyyətinə ümumi nəzarət etmək və sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünü həyata keçirmək;

ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların,  seminarların və digər tədbirlərin işində iştirak etmək;

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

ən azı 3 il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, o cümlədən dayanıqlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq konvensiya, saziş və digər sənədlərlə bağlı məlumatları.

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – Orta səviyyədə

İngilis dili – Yüksək səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Dayanıqlı inkişaf şöbəsi

Sektorun adı:

Dayanıqlı sosial-iqtisadi inkişaf məsələləri sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

520 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyaları:

DİM-lərlə müəyyən edilmiş hədəf və göstəricilərə uyğun zəruri məlumatları toplamaq, sistemləşdirmək, müvafiq arayışlar hazırlamaq;

dayanıqlı inkişaf siyasətinin prioritetləri barədə təkliflər hazırlamaq;

DİM-lər üzrə aidiyyəti dövlət qurumlarından daxil olmuş məlumatların sahələr üzrə qruplaşdırmaq və statistik bazanı formalaşdırmaq;

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə iqtisadi və sosial sahələri əhatə edən strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihələrinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi çərçivəsində iqtisadi və sosial istiqamətlər üzrə yaradılmış İşçi Qruplarının fəaliyyətini əlaqələndirmək və müştərək iş planları və onların icrası ilə bağlı təkliflər layihəsinin hazırlanmasında iştirak etmək;

sektora daxil olan məktub və sənədlərin qeydiyyatını aparmaq və vaxtında icrasına nəzarət etmək;

sektorun fəaliyyət istiqamətləri üzrə icmal hesabatlar hazırlamaq;

səlahiyyətləri çərçivəsində məktub və sənədləri araşdırmaq və müvafiq cavab layihələri hazırlamaq.

İxtisas tələbləri:

İqtisadiyyat, maliyyə və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

Yoxdur

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, o cümlədən dayanıqlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq konvensiya, saziş və digər sənədlərlə bağlı məlumatları.

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə

Xarici dil bilikləri:

Rus dili – orta səviyyədə

İngilis dili – orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Orta

Problemi həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Orta

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Dayanıqlı inkişaf şöbəsi

Sektorun adı:

Dayanıqlı ətraf mühit məsələləri sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küç., 84, Hökumət evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdiri

Tabeliyində olan əməkdaşlar:

1 baş məsləhətçi,1 aparıcı məsləhətçi

Qulluq funksiyaları:

Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə əlaqədar ətraf mühit məsələləri ilə bağlı vəziyyəti təhlil etmək və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;

Dayanıqlı ekoloji siyasətin işlənib hazırlanmasında iştirak etmək;

ekoloji vəziyyətlə bağlı dayanıqlı inkişaf məqsədlərinin icrasında nəzərdə tutulan tədbirlərin milli siyasətlərə, strategiyalara və planlaşdırmaya daxil edilməsi ilə bağlı təkliflər vermək;

müvafiq dövlət orqanları ilə birlikdə dayanıqlı inkişafın ekoloji istiqamətdə siyasətinin işlənib hazırlanmasında, həyata keçirilməsində və müvafiq sahələr üzrə prioritetlərin müəyyənləşdirilməsində iştirak etmək;

Dayanıqlı İnkişaf Məqsədlərinin ekoloji məsələlər istiqamətində dövlət orqanları, təşkilatları və müəssisələrinin nümayəndələrindən təşkil olunmuş İşçi Qrupunun fəaliyyətini əlaqələndirmək;

dayanıqlı inkişaf prioritetləri (ekoloji tarazlıq, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və s. ) barədə təkliflər hazırlamaq;

Azərbaycanda dayanıqlı inkişafın qiymətləndirilməsi üçün göstəricilər sisteminin hazırlanmasında iştirak etmək;

Dayanıqlı İnkişaf Məqsədlərində ekologiya və ətraf mühitlə əlaqədar qanun və digər normativ-hüquqi aktların layihələrini işləyib hazırlamaq, bu sahədə hazırlanmış normativ-hüquqi aktların layihələrinə rəy vermək və aidiyyəti üzrə təqdim etmək

İqlim dəyişikliyi ilə bağlı tədbirləri milli siyasətlərə, strategiyalara və planlaşdırmaya daxil etmək;

Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölkə prioritetlərə uyğun seçilmiş məqsəd, hədəf və göstəricilər üzrə illik yekun hesabatın hazırlanmasını təşkil etmək;

Müasir, sabit, etibarlı və bahalı olmayan enerji mənbələrinə əlçatanlığın hamı üçün təmin edilməsi sahəsində inkişaf etmiş ölkələrin təcrübələrinin araşdırılması və müvafiq təkliflərin hazırlanması;

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə ekoloji sahələri əhatə edən strategiyaların, dövlət proqramlarının, digər sənəd və tədbirlərin layihələrinə dair təkliflərin hazırlanması və dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətinin əlaqələndirməsində iştirak etmək;

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsi (UNAPF) sənədi çərçivəsində ekoloji istiqamət üzrə yaradılmış İşçi Qrupunun fəaliyyətini əlaqələndirmək və müştərək iş planı və onun icrası ilə bağlı təkliflər vermək;

sektora daxil olmuş sənədlərin və rəhbərlik tərəfindən        verilmiş tapşırıqların icrasını təmin etmək;

sektorun fəaliyyətinə ümumi nəzarət etmək və sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünü həyata keçirmək;

Ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların,  seminarların və digər tədbirlərin işində iştirak etmək;

İxtisas tələbləri:

Texniki, ekologiya, ekologiya mühəndisliyi, ümumi iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

ən azı 3 il

Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, "Dövlət qulluğu haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, o cümlədən dayanıqlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq konvensiya, saziş və digər sənədlərlə bağlı məlumatları.

Kompüter biliklərinə dair tələblər:

MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə

Xarici dil bilikləri:

Rus dili – Orta səviyyədə

İngilis dili – Yüksək səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Maliyyə və təminat şöbəsi

Sektorun adı:

Təminat sektoru

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

540 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli 84.

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

   Yoxdur

Qulluq funksiyaları:

- şöbənin və sektorun funksiya­larının həyata keçirilməsi ilə bağlı məktub, əmr və digər sə­nədlərin hazırlanması; müxtəlif təşkilatlardan sektora daxil olan məktubların icrasının və nəzarətdən çıxarıl­masının təmin edilməsi;

- alınması tələb olunan mallara, inventar və avadanlıqlara və s. olan tələbatın müəyyənləşdirilməsi;

- yeni alınmış inventar və avadanlıqların balansa mədaxil edilməsi, balansdan-balansa və ya müvəqqəti istifadəyə verilməsinin təmin edilməsi və s.

İxtisas tələbləri:

Ali təhsil

Staja dair tələb:

2 il

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)

Xarici dil bilikləri:

rus dili (orta səviyyədə)

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Nazirliyin Aparatı

Şöbənin adı:

Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi

Sektorun adı:

Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru

Vəzifənin adı:

Sektor müdiri

Vəzifə maaşı:

620 AZN

Vəzifə təsnifatı:

5-ci təsnifat

İş yerinin ünvanı:

Ü.Hacıbəyli küçəsi 84. Hökumət Evi

Bilavasitə tabe olduğu şəxs:

Şöbə müdirinin müavini

Tabeliyində olan əməkdaşlar:

Baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.

Qulluq funksiyaları:

 - Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sahəsində sektorun əməkdaşlarının fəaliyyətinə rəhbərlik;

 - Beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi üçün müvafiq sənəd layihələrini hazırlamaq;

 - Beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlarda iştirak etmək;

 - Müxtəlif hökumət qurumları və beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişləri, müqavilələri, anlaşma memorandumlarını və digər sənəd layihələrini təhlil etmək və müvafiq rəylər hazırlamaq;

 - Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xaricdə keçirilən forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək;

 - Beynəlxalq iqtisadi əməkdaşlığın həyata keçirilməsi ilə bağlı digər tədbirləri həyata keçirmək;

 - Sektorun səlahiyyətlərinə daxil olan işlərin təşkil edilməsi, sektorun əməkdaşlarının  fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən işlərə nəzarət edilməsi;

 - Aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri, Hüquqşünaslıq, Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və Politologiya ixtisasları üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə azı 3 il

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)

Xarici dil bilikləri:

ingilis dili (yüksək səviyyədə)

rus dili (yüksək səviyyədə)

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərarvermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

 

Tabe təşkilatın adı:

Abşeron regional bölməsi (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri)

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

310 manat

Vəzifə təsnifatı:

7-ci təsnifat

İş yerinin ünvanı:

Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12

Bilavasitə tabe olduğu şəxs:

bölmə müdiri

Tabeliyində olan əməkdaşlar:

 

Qulluq funksiyaları:

  • müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
  • müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep­siya, proqram və layihələrin ekspertizasının hə­yata keçirilməsində iştirak;
  • müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
  • bölmənin fəaliyyət isti­qamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak;
  • səlahiyyətləri daxilində bölməyə daxil olan müra­ciətlərin araşdırılması, cavablandırılması və s.

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə və texniki ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

 

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)

Xarici dil bilikləri:

 

Təşkilatçılıq səriştəsi:

Orta

Problemi həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Orta

 

Dövlət orqanının adı:

İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Dağlıq Şirvan regional bölməsi (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları)

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

310 manat

Vəzifə təsnifatı:

7-ci təsnifat

İş yerinin ünvanı:

Şamaxı rayonu, H.Əliyev küçəsi 23

Bilavasitə tabe olduğu şəxs:

bölmə müdiri

Tabeliyində olan əməkdaşlar:

 

Qulluq funksiyaları:

müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;

müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;

müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının hə-yata keçirilməsində iştirak;

bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında isti­rak;

səlahiyyətləri daxilində bölməyə daxil olan müra­ciətlərin araşdırılması, cavablandırılması və s.

İxtisas tələbləri:

 iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil

Staja dair tələb:

 

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)

Xarici dil bilikləri:

 

Təşkilatçılıq səriştəsi:

Orta

Problemi həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Orta

 

Dövlət orqanının adı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Sahibkarlığa Kömək Milli Fondu

Şöbənin adı:

Sahibkarlığın inkişafı şöbəsi

Sektorun adı

Analitik sektor

Vəzifənin adı:

Baş məsləhətçi

Vəzifə maaşı:

410 AZN

Vəzifə təsnifatı:

6-ci təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Yasamal r-nu, Şərifzadə küç 172

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Qulluq funksiyaları:

 Fondun vəsaitlərinin səmərəli yer­ləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlərin müəyyən edilməsinə dair təhlillərin aparılması və təkliflərin hazırlanması;

 maliy­yələşmənin, investisiya layihələrinin qiymətləndirilməsinin, ekspertizasının və monitorinqlərin aparılmasının yeni texnolo-giyaları barədə araşdırmaların aparılması;

Azərbaycan Res­publikası Prezidentinin Fərman və Sərəncamlarında, dövlət proqramlarında iqtisadiyyatın bu və ya digər sahəsinin inkişafı ilə bağlı konkret layihələrin Fondun vəsaiti hesabına maliy­yələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektləri arasında müsabiqələrin keçirilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi;

analoji xarici dövlət və özəl maliyyələşmə agentlikləri və fondları ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə təkliflərin hazırlanması;

 sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə yardım edilməsi;

sahibkarlıq subyektlərinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasında, bazar konyunkturasının öyrə­nilməsində sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında məsləhətlərin verilməsi və metodiki köməklik göstərilməsi;

 şöbə və sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak; mək-tub, ərizə və şikayətlərə cavab layihələrinin hazırlanması və s.

Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilməsi

İxtisas tələbləri:

İqtisadiyyat və idarəetmə, təbiət elmləri və texniki ixtisas istiqamətləri üzrə ali təhsil

Staja dair tələb:

İxtisası üzrə azı 2 il

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə

Xarici dil bilikləri:

Rus dili – orta səviyyədə

İngilis dili – orta səviyyədə

Təşkilatçılıq səriştəsi:

Yüksək

Problemi həll etmək səriştəsi:

Yüksək

Qərar vermə qabiliyyəti:

Yüksək

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Şöbənin adı:

İstehlakçı hüquqları şöbəsi

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

400 AZN

Vəzifə təsnifatı:

6-cı təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyası:

sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanmasına dair təkliflərin verilməsi;

şöbə müdirinin tapşırığı ilə monitorinq, yoxlama, araşdırma və komissiyaların işlərində iştirak;

istehlakçının hüquqlarının müdafiəsi məqsədi ilə və həmçinin vətəndaşların müraciətləri əsasında ticarət, ictimai iaşə, məişət  və digər xidmət qaydalarına riayət olunması ilə bağlı keçirilən tədbirlərdə iştirak;

istehlakçıların şikayətlərinə baxılması və onların  qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının müdafiəsi, istehlakçının hüquqları barədə ictimaiyyətə məlumatların verməsi və onların maarifləndirilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi, yoxlamanın nəticələri haqqında vaxtı-vaxtında müvafiq sənədlərin tərtib edilməsi;

aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair toplanmış məlumatların hazırlanması, təhlil edilməsi, informasiya sistemlərinin və məlumat bazasının yaradılmasında iştirak;

şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasının təmin edilməsi;

mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.

İxtisas tələbləri:

İİ 000000- İqtisadiyyat və idarəetmə;

T 270000 -Qida məhsullarının texnologiyası;

HS 130000-Hüquqşünaslıq;

T 320000-Əmtəəşünaslıq.

Staja dair tələb:

Yoxdur

Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti -        orta səviyyədə

Xarici dil bilikləri:

Yoxdur

Təşkilatçılıq səriştəsi:

Orta

Problem həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabiliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Şöbənin adı:

Dövlət satınalmaları şöbəsi

Sektorun adı:

Satınalmaların təhlili və tənzimlənməsi sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

400 AZN

Vəzifə təsnifatı:

6-cı təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88a

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyası:

Sektorun fəaliyyəti ilə bağlı iş planının hazırlanmasında iştirak edir və təkif verir;

Dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin satın alınmasında iqtisadi səmərəliliyin artırılması üçün təkliflər verir;

Tenderin yekun protokolunun surəti əsasında tender prosedurunun qanunvericiliyə uyğun keçirilib-keçirilməməsi barədə rəy bildirir və yazılı şəkildə cavab tərtib edir;

Dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir;

Lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görür.

İxtisas tələbləri:

İİ 000000 - İqtisadiyyat və idarəetmə;

İİ 040200 - Beynəlxalq ticarət;

HS 130000 – Hüquqşünaslıq;

T 110100  - Texnoloji maşınlar və avadanlıqlar (sahələr üzrə);

T 180100   - Hesablama maşınları, kompleksləri, sistemləri və şəbəkələri.

Staja dair tələb:

Yoxdur

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və  s. (orta səviyyədə)

Xarici dil bilikləri:

Yoxdur

Təşkilatçılıq səriştəsi:

Orta

Problem həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabliyyəti:

Yüksək

 

Dövlət orqanının adı:

İqtisadiyyat Nazirliyi

Tabe təşkilatın adı:

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

Şöbənin adı:

Dövlət satınalmaları şöbəsi

Sektorun adı:

Satınalmalar haqqında qanunvericiliyə nəzarət sektoru

Vəzifənin adı:

Böyük məsləhətçi

Vəzifə maaşı:

400 AZN

Vəzifə təsnifatı:

6-cı təsnifat

İş yerinin ünvanı:

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88a

Bilavasitə tabe olduğu şəxs:

Sektor müdiri

Tabeliyində olan əməkdaşlar:

Yoxdur

Qulluq funksiyası:

Sektorun fəaliyyəti ilə bağlı iş planının hazırlanmasında iştirak edir və təkif verir;

Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində, habelə dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlanmasında iştirak edir;

Dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun satın alınmasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunun dayandırılması və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırılması ilə bağlı təklif verir;

Açıq tender və kotirovka sorğusu metodları istisna olmaqla, satınalan təşkilatın satınalmaları digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsinə dair qərarlarının təsdiq edilməsi ilə bağlı təklif verir;

Dövlət satınalmaları üzrə illik hesabatın hazırlanmasında iştirak edir;

Dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir;

Lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görür

İxtisas tələbləri:

İİ 000000 - İqtisadiyyat və idarəetmə;

HS 130000 – Hüquqşünaslıq.

Staja dair tələb:

Yoxdur

Kompüter biliklərinə dair tələblər:

MS WINDOWS, MS OFFICE, INTERNET və  s. (orta səviyyədə)

Xarici dil bilikləri:

Yoxdur

Təşkilatçılıq səriştəsi:

Orta

Problem həll etmək səriştəsi:

Orta

Qərarvermə qabiliyyəti:

Orta

Ünsiyyət qabliyyəti:

Yüksək

 

← Geriyə