2013

  • Yaradılıb 02.05.2013 04:38
  • Yenilənib 04.02.2014 10:30
  • Nəşr edilib 02.05.2013 04:38

2013-cü ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ilə

ticarət əlaqələri

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Azərbaycan Respublikasının İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6.796,11 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.234,16 mln. ABŞ dolları, ixracın həcmi 4.561,95 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 2.327,79 mln. ABŞ dolları olmuşdur.
2013-cü ildə İƏT ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 19,59 faiz, o cümlədən idxalda 20,86 faiz, ixracda isə 19,03 faiz təşkil etmişdir.
2012-ci il ilə müqayisədə, 2013-cü ildə İƏT ölkələri ilə ticarət dövriyyəsi 7,69 faiz, o cümlədən ixrac 13,66 faiz artmış, idxal isə 2,74 faiz azalmışdır.

ikt-2013

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə