2012

  • Yaradılıb 09.10.2012 11:48
  • Yenilənib 21.02.2013 06:53
  • Nəşr edilib 09.10.2012 11:48

2012-ci ildə sənayenin əsas göstəriciləri

 

2012-ci ildə ölkədə sənaye müəssisələri tərəfindən 33945.6 milyon manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 75.4%-i və ya 25609.8 mln. manatı mədənçıxarma, 18.9%-i və ya 6423.8 mln. manatı emal, 5.1 %-i və ya 1720.9 mln.manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.6%-i və ya 191.2 mln. manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilmişdir. Sənayenin ümumi buraxılışında qeyri-neft sənayesinin xüsusi çəkisi 19.2% olmaqla 6518.6 mln. manat təşkil etmişdir.


Qrafik 1. Sənaye sahələrində məhsul istehsalı (faizlə)

ss 2012

Emal sənayesi. 2012-ci ildə emal sənayesində 6423.8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5.4% çox məhsul istehsal olunmuşdur. Emal sənayesində qeyri-neft məhsulları istehsalının xüsusi çəkisi 69.2% və ya 4444.9 mln. manat olmuşdur.


Cədvəl 1. Emal sənayesi

 

Emal sənayesinin sahələri

faktiki qiymətlə (milyon manat)

əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə*

Cəmi

6423.8

105.4

Qida məhsullarının istehsalı

2482.0

103.1

İçki istehsalı

159.6

110.0

Toxuculuq sənayesi

58.0

1.6df.

Geyim istehsalı

38.4

118.5

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı

15.6

1.5df.

Poliqrafiya fəaliyyəti

30.1

1.8df.

Neft məhsullarının istehsalı

1978.9

95.5

Rezin və plastmas məmulatlarının istehsalı

63.2

2.3df.

Tikinti məmulatlarının istehsalı

315.0

116.8

Metallurgiya sənayesi

319.7

115.9

Hazır metal məmulatlarının istehsalı

119.6

1.4df.

Kompüter və digər elektron avadanlıqların istehsalı

88.2

130.2

Elektrik avadanlıqlarının istehsalı

242.3

1.7df.

Sair nəqliyyat vasitələrinin istehsalı

12.7

123.8

Mebel istehsalı

46.8

2.2df.

Maşın və avadanlıqların quraşdırılması və təmiri

122.8

139.2

*Müqayisəli qiymətlərlə

2012-ci il ərzində emal sənayesində məhsul buraxılışının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (38.6%), neft məhsullarının istehsalı (30.8%), metallurgiya sənayesi (5%), tikinti məmulatlarının istehsalı (4.9%), elektrik avadanlıqlarının istehsalı (3.8%), içki istehsalı (2.5%), kimya sənayesi (2.4%), maşın və avadanlıqların istehsalı (2.1%) sahələri olmuş, digər 16 alt sahənin birgə xüsusi çəkisi isə 9.9% təşkil etmişdir.
Qeyd olunan dövr ərzində emal sənayesində müqayisəli qiymətlərlə məhsul istehsalının artdığı sahələr qida məhsullarının istehsalı (3.1%), metallurgiya sənayesi (15.9%), tikinti məmulatlarının istehsalı (16.8%), elektrik avadanlıqlarının istehsalı (1.7 dəfə), içki istehsalı (10%), maşın və avadanlıqların quraşdırılması və təmiri (39.2%), hazır metal məmulatlarının istehsalı (1.4 dəfə), kompüter və digər elektron avadanlıqların istehsalı (30.2%), rezin və plastmas məmulatlarının istehsalı (2.3 dəfə), toxuculuq sənayesi (1.6 dəfə), mebel istehsalı (2.2 dəfə), geyim istehsalı (18.5%), dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı (1.5 dəfə) sahələri olmuşdur.
Sənaye məhsulunun ümumi buraxılışının 88.1%-i və ya 29907.5 milyon manatı Bakı şəhərində, 11.9%-i və ya 4038.1 milyon manatı isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Bakı istisna olmaqla, regionlar üzrə istehsal olunmuş sənaye məhsulunun 20%-i Aran iqtisadi rayonunun, 12.9%-i isə Abşeron iqtisadi rayonunun, 7.9%-i Gəncə-Qazax iqtisadi rayonunun, 3.1%-i Naxçıvan iqtisadi rayonunun, 56.1%-i isə digər iqtisadi rayonların payına düşmüşdür.

 

← Geriyə